QARABAĞ QADIN GEYİM MƏDƏNİYYƏTİNİN TARİXİ
DOI
https://doi.org/10.30546/xf48rb77Açar sözlər
Qarabağ, geyim, mədəniyyət, irs, milli, formaXülasə
Qarabağ geyimləri hər zaman öz zərifliyi ilə seçilmişdir. Tarix boyu Azərbaycanın hər bir bölgəsinin özünəməxsus geyim forması, biçim tərzi olmuşdur. Bütün bölgələrin geyimləri bir-birindən müəyyən cəhətlərinə görə fərqlənir. Qarabağ geyimlərinə dair xüsusiyyətlər bu mövzuda araşdırma aparan tədqiqatçıların marağına səbəb olmuşdur. Odur ki, Qarabağ geyimləri haqqında mütəxəssislər hər zaman yüksək fikirlər irəli sürmüşdür. Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağımızda xalqımızın yaratmış olduğu zəngin və ecazkar geyim mədəniyyəti, eləcə də, Qarabağ xanları dövrünə aid mərasim, toy və şənlik geyimləri özünəməxsusluğu, zərifliyi və zəngin tərtibatı ilə diqqət çəkmişdir. Qarabağın mədəni irsində milli geyimlərin xüsusi yeri vardır. Geyim xalqın məxsus olduğu mədəniyyət ilə sıx bağlıdır. Milli libaslarda xalqa aid olan adətlər, ənənələr, xalqın yaradıcılığı, təxəyyül məhsulu və eləcə də milli təfəkkürü öz əksini tapır. Milli geyimlərimiz qiymətli xəzinəmiz və mədəni sərvətimizdir.
Endirin
Yayımlanıb
Versiya
- 2025-07-18 (2)
- 2025-07-01 (1)