QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFI VƏ POSTNEFT DÖVRÜNƏ KEÇİD

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.02.315

Açar sözlər

qeyri-neft sektoru, postneft dövrü, dayanıqlı inkişaf, qeyri-neft sənayesi

Xülasə

Tədqiqatın məqsədi Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun rolunu, neftdən asılılığın yaratdığı iqtisadi və maliyyə risklərini, həmçinin postneft dövrünə keçidin əsas istiqamətlərini kompleks şəkildə müəyyən etməkdir. Bu çərçivədə qlobal enerji bazarındakı dəyişkənlik, neft qiymətlərinin qeyri-sabitliyi, iqtisadi sabitliyin qorunması və uzunmüddətli dayanıqlı inkişaf strategiyalarının formalaş-dırılması məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
Tədqiqat metodları statistik, müqayisəli və təcrübi yanaşmalara əsaslanaraq iqtisadi siyasətlərin, struktur islahatların və müxtəlif sektorlar üzrə inkişaf göstəricilərinin sistemli və çoxşaxəli təhlilini əhatə edir. Bu prosesdə kənd təsərrüfatı, sənaye, turizm, İKT, nəqliyyat-logistika və xidmət sahələrinin inkişaf xüsusiyyətləri, onların iqtisadi artıma töhfəsi, eləcə də biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlbediciliyinin artırılması, insan kapitalının inkişafı və institusional islahatların rolu kompleks şəkildə qiymətləndirilir.
Tədqiqatın praktiki əhəmiyyəti qeyri-neft sektorunun sürətli və davamlı inkişafını təmin edən effektiv iqtisadi strategiyaların müəyyənləşdirilməsi, ixrac- yönümlü istehsalın genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının stimullaşdırılması və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi üzrə əsaslandırılmış tövsiyələrin hazırlanması ilə bağlıdır.

Yayımlanıb

2026-07-10

Oxşar məqalələr

1-10 : 39

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.