MÜASİR ŞƏRAİTDƏ MÜƏSSİSƏLƏRDƏ MALİYYƏ UÇOTUNUN TƏŞKİLİNİN PRAKTİK PROBLEMLƏRİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.02.333

Açar sözlər

müəssisə, maliyyə, uçot, innovasiya, idarəetmə, nəzarət.

Xülasə

Məqalə müasir şəraitdə müəssisələrdə maliyyə-uçotunun təşkili zamanı ortaya çıxan praktiki problemlərin, xüsusilə də uyğunluq tələbləri və texnoloji innovasiyaların təsirinin araşdırılmasına həsr edilmişdir. Tədqiqatın məqsədi müxtəlif ölçülü müəs-sisələrdə vergi və mühasibatlıq standartlarına uyğunluğun, informasiya texnologi-yalarının tətbiqinin, həmçinin beynəlxalq hesabatlıq tələblərinə riayət olunmasının fərqlənmə xüsusiyyətlərini müəyyənləşdirməkdir. Bu amillərin müəssi-sələrin rəqabət-qabiliyyətinə və idarəetmənin səmərəliliyinə təsiri xüsusi olaraq təhlil edilmişdir.
Tədqiqatın elmi əhəmiyyəti ondan ibarətdir ki, müəssisə idarəçiliyində uyğunluq mexanizmləri ilə texnoloji innovasiyaların qarşılıqlı təsiri araşdırılır və bu istiqamətdə mövcud ədəbiyyata yeni yanaşmalar əlavə olunur. Məqalədə sistemli yanaşma, ümumiləşdirmə və müqayisəli təhlil metodlarından istifadə edilməklə kiçik, orta və böyük müəssisələr arasında uyğunluq səviyyələri, informasiya texnologiyalarının tətbiqi imkanları və beynəlxalq hesabatlığa hazırlıq dərəcələri təhlil olunmuşdur. Tədqiqatin nəticələri göstərir ki, müəssisə növü dəyişdikcə vergi və mühasibatlıq standartlarına uyğunluğun səviyyəsi də fərqlənir, informasiya texnologiyalarının tətbiqi istehsal, idarəetmə və hesabatlılıq proseslərinin səmərə-liliyini artırır, kiçik və böyük müəssisələr arasında beynəlxalq hesabatlıq tələblərinə riayətetmə imkanları baxımından nəzərə çarpan fərqlər mövcuddur. Texnoloji yeniliklərin tətbiqi idarəetmə performansını yüksəldir, proseslərin optimallaş-dırılmasına şərait yaradır, müəssisələrin yerli və beynəlxalq tələblərə uyğunlaşma qabiliyyətinin formalaşmasında təşkilati strukturlar, resurs potensialı və rəqəmsal hazırlıq səviyyəsi kimi amillərin həlledici rol oynadığını ortaya qoyur. Aparılmış təhlillər ümumilikdə göstərir ki, texnoloji innovasiyaların geniş tətbiqi və uyğunluq tələblərinə riayət edilməsi müəssisələrin effektiv idarə olunması, şəffaflığı və rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Endirin

Yayımlanıb

2026-07-10

Oxşar məqalələr

1-10 : 23

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.