KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İQTİSADİ SİSTEMDƏ ROLU VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.348Açar sözlər
Azərbaycan, kiçik və orta sahibkarlıq, xarici təcrübə, dövlət dəstəyi, rəqəmsal transformasiya.Xülasə
Müasir dünya iqtisadiyyatında kiçik və orta sahibkarlıq (KOS) subyektləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqtisadi dinamikasının aparıcı qüvvəsinə çevrilmişdir. Bu məqalədə, birinci mərhələdə, Avropa Birliyi, ABŞ, Çin, Cənubi Koreya, Yaponiya və Türkiyənin KOS siyasəti müqayisəli şəkildə araşdırılmış, dövlət dəstəyi modellərinin fərqli parametrləri müəyyənləşdirilmişdir. İkinci mərhələdə Azərbaycan Respublikasında KOS sektorunun mövcud vəziyyəti — statistik göstəricilər, normativ-hüquqi baza, KOBİA-nın fəaliyyəti, beynəlxalq maliyyə dəstəyi kompleks şəkildə təhlil edilmişdir. Tədqiqat nəticəsində Azərbaycanda KOS sektorunun inkişaf potensialının yüksək olduğu, lakin maliyyə-yə çıxış məhdudiyyəti, kadr çatışmazlığı və rəqəmsal uyğunlaşma problemlərinin struktur müdaxilə tələb etdiyi aşkar edilmişdir. Xarici təcrübənin müqayisəli analizi əsasında siyasət tövsiyələri irəli sürülmüşdür.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Vasif Ahadov, Jamal Hajiyev, Sayyar Huseynov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
