DAVAMLI ARTIMIN SOSİAL ASPEKTLƏRİNİN TƏDQİQİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.02.401

Açar sözlər

davamlı inkişafın sosial yönümlülüyü, müasir istehsalın intellektual səviyyəsi, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının sosial prioritetləri.

Xülasə

Tədqiqatın məqsədi müasir iqtisadi inkişafın dayanıqlılığına təsir edən və xüsusən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan Respublikasının vahid iqtisadi məkanına yenidən inteqrasiyası prosesində özünü göstərən yeni sosial xüsusiyyətləri araşdırmaqdır.Tədqiqatda dialektik, tarixi, sistemli təhlil və məntiqi ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Tədqiqatın məhdudiyyəti, Qarabağ və Şərqi Zəngəzur rayonlarının yenidən inteqrasiyası ilə bağlı məsələlər də daxil olmaqla, iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsinə sosial prioritet-lərin həlledici təsiri ilə bağlı ən son iqtisadi nəzəriyyə tədqiqatlarının az olmasıdır. Tədiqat nəticəsində müasir iqtisadi inkişaf prosesində təzahür edən və onun davamlı xarakterinin təmin edilməsində sosial komponentin əhəmiyyətli dərəcədə artımından xəbər verən yeni hadisələr təhlil olunub. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, bu tədqiqat son zamanlar baş verən müsbət dəyişikliklərin qiymət-ləndirilməsində Azərbaycanın iqtisadi inkişaf prosesində sosial məqsədlərin prioritetliyi nöqteyi-nəzərindən istifadə oluna bilər. Bu prioritetlik dövlətimizin bütöv sosial-iqtisadi siyasətinin təkmilləşdirilməsi üçün zəruridir. Tədqiqatın elmi yeniliyi və orijinallığı ölkəmizin iqtisadi inkişafının daha davamlı olmasının təmin edilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur rayonlarının Azərbaycanın vahid iqtisadi məkanına daha yaxşı reinteqrasiyası məqsədilə ölkəmizin iqtisadi inkişafının sosial komponentinin daha da gücləndirilməsi imkanlarının aşkar edilməsindən ibarətdir.

Endirin

Yayımlanıb

2026-07-10

Oxşar məqalələr

1-10 : 50

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.