BANKLARIN RESTRUKTURİZASİYASINDA BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN MODELİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.413Açar sözlər
bank restrukturizasiyası, maliyyə sabitliyi, prudensial tənzimləmə, rezolyusiya mexanizmləri, NPL, kapital adekvatlığı, Azərbaycan bank sistemi.Xülasə
Tədqiqatın əsas məqsədi qlobal maliyyə böhranları şəraitində Azərbaycan bank sektorunun maliyyə sabitliyini sistemli şəkildə qiymətləndirmək, beynəlxalq re-strukturizasiya mexanizmlərinin milli kontekstdəki tətbiq imkanlarını araşdırmaqdır. Tədqiqatda "bail-out", "bail-in", "resolution" və "restructuring" anlayışları arasında konseptual fərqlər müəyyənləşdirilmiş, ABŞ-nin TARP proqramı, Avropa İttifaqının Bank Sağlamlaşdırma və Rezolyusiya Direktivi (BRRD) çərçivəsindəki institusional mexanizmlər, eləcə də Cənubi Koreyanın 1997-ci il sonrası modeli müqayisəli təhlilə cəlb edilmişdir. Azərbaycan bank sektoruna aid əsas kəmiyyət göstəriciləri — NPL nisbəti, kapital adekvatlığı əmsalı (CAR), kredit artımı dinamikası və HHI konsentrasiya indeksi — 2014–2023-cü illər üzrə dinamikada izlənmiş, sektorda baş vermiş struktur dəyişikliklər empirik müstəvidə qiymətləndirilmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti makroprudensial siyasətin erkən mərhələdə tətbiqinin zəruriliyini, rezolyusiya mexanizmlərinin hüquqi baza ilə daha möhkəm şəkildə əsaslandırılmasını və bank sektorunda rəqabət mühitinin qorunmasını əhatə edən konkret siyasət tövsiyələrinin işlənib hazırlanmasındadır.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Sahil Murtuzayev (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
