QEYRİ-NEFT SEKTORU, İNVESTİSİYA AXINLARI VƏ TİCARƏT DÖVRİYYƏSİNİN REAL ÜDM-ə TƏSİRİNİN EKONOMETRİK TƏHLİLİ (1995–2024)

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.02.419

Açar sözlər

real ÜDM, qeyri-neft sektoru, investisiyalar, ticarət dövriyyəsi, ARDL, kointeqrasiya, Azərbaycan iqtisadiyyatı.

Xülasə

Məqalədə 1995 - 2024-cü illəri əhatə edən dövr ərzində Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru, investisiya axınları və xarici ticarət dövriyyəsinin real ÜDM-in artımına təsiri ekonometrik metodlarla araşdırılır. Tədqiqatın aktuallığı ölkə iqtisadiyyatının neft asılılığının azaldılması və diversifikasiya strategiyasının effektivliyinin qiymətləndirilməsi zərurətindən irəli gəlir. Tədqiqatda dəyişənlərin stasionarlıq səviyyələri ADF və KPSS testləri vasitəsilə yoxlanılmış, onların I(0) və I(1) səviyyəsində qarışıq inteqrasiya olunduğu müəyyən edilmişdir. Bu səbəbdən dəyişənlər arasındakı uzunmüddətli əlaqəni müəyyən etmək üçün ARDL Sərhəd Testi (Bounds Testing) yanaşması tətbiq edilmişdir.
Ekonometrik analizin nəticələri göstərir ki, araşdırılan dəyişənlər arasında 5% əhəmiyyətlilik səviyyəsində statistik olaraq mənalı uzunmüddətli kointeqrasiya əlaqəsi mövcuddur. Uzunmüddətli modelin nəticələrinə əsasən, real ÜDM-ə ən yüksək müsbət təsir ticarət dövriyyəsi (0.847) tərəfindən göstərilir. İnvestisiya axınlarının (0.462) və qeyri-neft sektorunun (0.319) da iqtisadi artıma əhəmiyyətli töhfə verdiyi təsdiqlənmişdir. Xətanın Düzəldilməsi Modeli (ECM) vasitəsilə müəyyən edilmişdir ki, qısamüddətli şoklardan sonra sistem hər il təxminən 20.3% sürətlə yenidən uzunmüddətli tarazlıq vəziyyətinə qayıdır. Granger səbəb-nəticə testi isə qeyri-neft sektorundan real ÜDM-ə doğru biristiqamətli əlaqənin olduğunu ortaya çıxarmışdır. Tədqiqatın nəticələri qeyri-neft yönümlü investisiyaların və ticarət liberallaşdırılmasının davamlı iqtisadi artım üçün həlledici olduğunu sübut edir.

Endirin

Yayımlanıb

2026-07-10

Oxşar məqalələr

1-10 : 38

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.