TRANZİTDƏN KƏNAR: AZƏRBAYCANIN REGİONAL LOGİSTİKA MƏRKƏZİNƏ ÇEVRİLMƏSİ ÜÇÜN STRATEGİYALAR

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.02.457

Açar sözlər

tranzit iqtisadiyyatı, logistika əsaslı inkişaf, nəqliyyat axınları, dəyər yaradılması, regional logistika mərkəzi.

Xülasə

Bu tədqiqat Azərbaycanın tranzit mərkəzi yanaşmasından logistika əsaslı inkişaf modelinə keçid imkanlarını və bunun daxili iqtisadi dəyərin artırılmasına təsirini təhlil edir. Tranzit yük daşımalarının əhəmiyyətli dərəcədə artmasına və regional əlaqələrin güclənməsinə baxmayaraq, ölkə iqtisadiyyatında formalaşan daxili iqtisadi dəyərlər hələ də məhdud səviyyədə qalmaqdadır. Tədqiqatın əsas məqsədi ölkənin tranzit modelindən kənara çıxaraq əlavə dəyər yaradan regional logistika mərkəzinə çevrilməsi üçün həlledici əhəmiyyət daşıyan praktik yanaşmaları müəyyən etməkdir.
Məqalədə rəsmi milli mənbələrdən əldə edilmiş mövcud məlumatlar əsasında analitik araşdırmalar həyata keçirilmişdir. Təhlil prosesində nəqliyyat və gömrük statistikası məlumatları ilə yanaşı, akademik ədəbiyyat və beynəlxalq hesabatlardan istifadə edilmişdir. Müqayisəli yanaşma çərçivəsində Azərbaycanın logistika təcrübəsi Sinqapur, Rotterdam və Cəbəl Əli limanı kimi seçilmiş beynəlxalq nümunələrlə qarşılaşdırılmışdır. Araşdırma tranzit əlaqələrinin genişləndirilməsi, logistika strukturunun modernləşdirilməsi və əlavə dəyər yaradılması anlayışlarını birləşdirən konseptual çərçivə əsasında aparılmışdır. Tədqiqat çərçivəsində tranzit daşımalarının özlüyündə daha yüksək əlavə dəyər formalaşdırmadığı, eləcə də bu dəyərin artırılması üçün hansı logistika funksiyalarının həlledici rol oynaya biləcəyi təhlil edilmişdir.
Əldə olunan nəticələr göstərir ki, regional dəhliz modeli əsasında logistika mərkəzlərinin formalaşdırılması, multimodal koordinasiya mexanizmlərinin tətbiqi, daxili terminalların inkişafı, gömrük proseslərinin rəqəmsallaşdırılmasının təkmil-ləşdirilməsi, yük konsolidasiyası mexanizmlərinin tətbiqi, əlavə dəyər yaradan logistika xidmətlərinin inkişafı, aviasiya logistikasında ixtisaslaşma və özəl sektorun logistika fəaliyyətində daha fəal iştirakı nəqliyyat axınlarının milli iqtisadiyyata daha dərindən inteqrasiyasında mühüm rol oynayır. Araşdırma tranzit iqtisadiyyatı üzrə elmi ədəbiyyata töhfə verməklə yanaşı, Azərbaycan və bu model əsasında formalaşan digər tranzit ölkələr üçün siyasət yönümlü nəticələr təqdim edir.

Yayımlanıb

2026-07-10

Oxşar məqalələr

1-10 : 42

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.