MÜXTƏLİF İQTİSADİ MƏKTƏBLƏRƏ GÖRƏ GƏLİRİN MÜHASİBAT UÇOTUNDA QƏBUL EDİLƏN ANLAYIŞLARININ MÜQAYİSƏLİ TƏHLİLİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.459Açar sözlər
istehsal amilləri, neoklassik iqtisadi yanaşma, keynsçilik, gəlir nəzəriyyəsi, klassik iqtisadi yanaşmalar, İFRS 15.Xülasə
Tədqiqatın məqsədi müxtəlif iqtisadi məktəblərin gəlir anlayışlarına yanaşmalarını təhlil edərək, onların mühasibat uçotunda əks olunma formasını müqayisəli şəkildə araşdırmaqdır. Bu, mühasibat hesabatlarının iqtisadi reallığa daha yaxşı uyğunlaşdırılması, auditorların qərar qəbul etmə dəqiqliyinin artırılması üçün vacibdir.
Tədqiqatın metodologiyası—mühasibat uçotunda gəlirin tanınması prosesi; subyekti—İFRS 15 standartları; metodoloji əsas—müqayisəli təhlil, nəzəriyyələrin tətbiqi və praktik nümunələr üzərində analizdir.
Bu tədqiqat praktik mühasibatçılar, auditorlar və iqtisadiyyat sahəsində çalışan elmi işçilər üçün nəzəri və tətbiqi əhəmiyyətə malikdir.
Müəyyən edilmişdir ki, müxtəlif iqtisadi məktəblər gəlir anlayışını fərqli nəzəri əsaslarla izah edərək mühasibat uçotunda gəlirin tanınmasında konseptual yanaşmalar yaratmış və bu nəzəri yanaşmalar mühasibat uçotunda gəlirin tanınması, ölçülməsi və maliyyə hesabatlarında təqdim edilməsi prinsiplərinə çoxşaxəli təsir göstərmiş, bu təsirlərin sintezi nəticəsində müasir mühasibat uçotu sistemi gəliri həm iqtisadi faydanın artımı, həm də hüquqi-normativ tələblər çərçivəsində etibarlı və müqayisəolunan maliyyə informasiyası kimi qəbul edən kompleks konsepsiya şəklində formalaşmışdır.
Gəlirin düzgün tanınması mühasibat hesabatlarının keyfiyyətinə, investor qərarlarına və vergi müəyyən edilməsinə təsir edir. Bu baxımdan müxtəlif iqtisadi məktəblərin gəlir anlayışına dair konseptual yanaşmaları mühasibat uçotu prizmasından sistemli və müqayisəli şəkildə təhlil edilmiş, klassik, neoklassik, keynsçi və institusional məktəblərin, eləcə də müasir İFRS 15 standartının nəzəri fərqləri gəlirlərinin tanınması və təqdim edilməsi mexanizmləri ilə əlaqələndirilərək ümumiləşdirilmiş, nəticədə müasir mühasibat uçotunda tətbiq olunan gəlir konsepsiyasının formalaşma mənbələri və nəzəri əsasları elmi cəhətdən əsaslandırılaraq yeni yanaşma ortaya qoyulmuşdur.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Agshin Khudiyev (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
