Jurnal haqqında

UNEC Tələbə Tədqiqatları Jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən nəşr olunan akademik jurnaldır. Universitetin ilk tələbə mərkəzli elmi jurnalı kimi təsis edilərək 2023-cü ilin dekabr ayında fəaliyyətə başlayan jurnalın əsas məqsədi tələbələrinin elmi potensialını üzə çıxarmaq, onların tədqiqat və nəşr fəaliyyətini dəstəkləməklə akademik yaradıcılığı stimullaşdırmaqdır. Jurnal iqtisadiyyat, idarəetmə, texnoloji elmlər və əlaqəli sahələrdə orijinal nəzəri və empirik tədqiqatları qəbul edir.

Jurnal ildə iki dəfə nəşr olunur. 

Məqalələr Azərbaycan, Türk, İngilis və Rus dillərində təqdim edilə bilər.

Bütün məqalələr akademik və etik standartlara uyğun olmalı, eləcə də plagiat yoxlamasından keçməlidir.

Yeni nömrə

Cild. 3 Nömrə. 1 (2026): UNEC Tələbə Tədqiqatları Jurnalı
					Cild. 3 Nömrə. 1 (2026): UNEC Tələbə Tədqiqatları Jurnalı baxış

UNEC Tələbə Tədqiqatları Jurnalının 2026-cı il, 3-cü cild, 1-ci nömrəsi müxtəlif elm sahələrini əhatə edən aktual və multidissiplinar tədqiqatların nəticələrini özündə ehtiva edir.

Buraxılışda iqtisadiyyat, maliyyə, biznes, coğrafiya, informasiya texnologiyaları, süni intellekt, təhsil, sosial elmlər və mühəndislik istiqamətləri üzrə aparılmış elmi araşdırmalar müasir nəzəri yanaşmalar və praktik təhlillər əsasında təqdim olunmuşdur. Nəşrdə yer alan məqalələr elmi metodologiyaya uyğun hazırlanaraq aktual problemlərin elmi əsaslarla qiymətləndirilməsinə, innovativ həll istiqamətlərinin müəyyənləşdirilməsinə və elmi biliklər bazasının zənginləşdirilməsinə xidmət edir. Jurnalın bu nömrəsi gənc tədqiqatçıların elmi fəaliyyətinin inkişafını dəstəkləməklə yanaşı, akademik mühitdə elmi müzakirələrin genişlənməsinə və multidissiplinar tədqiqatların təşviqinə mühüm töhfə verir.

Yayımlanıb: 06/25/2026

Tam nömrə

Məqalələr

Bütün nömrələri göstərin

UNEC TƏLƏBƏ TƏDQİQATLARI JURNALI  ISSN:3007-8628 (print)