DÜNYA İQTİSADİYYATININ TRANSREGİONAL İNTEQRASİYA MEXANİZMLƏRİ: AZƏRBAYCANIN REGİONAL ƏMƏKDAŞLIĞINA KONSEPTUAL YANAŞMA

Müəlliflər

Açar sözlər

regional inteqrasiya, transregionalizm, qloballaşma, beynəlxalq iqtisadi layihələr, BRICS

Xülasə

Məqalədə transregional səviyyədə formalaşan inteqrasiya təcrübələrinə və inteq-rasiya platformalarının əlaqələndirilməsi mexanizmlərinə nəzər salınır. İnteqrasiya istiqamətlərinin sistemli tədqiqi üçün baxış bucağının müəyyən edilməsindən, əməkdaşlıq mexanizmlərindən və metodiki yanaşmalardan bəhs olunur. Məqalədə müasir dünyada transregional əlaqələrin inkişafının mühüm elmi-nəzəri sualları araşdırılır: regional inteqrasiya və transregionalizm proseslərinin qarşılıqlı əlaqəsi; bu iki prosesin hərəkətverici amillərinin müəyyən edilməsi; regional inteqrasiya və transregional əməkdaşlıq siyasətində milli maraqların balanslığının təmini. Müəllif-lərin əsas ideyası və töhfəsi  transregional inteqrasiyanın yeni iqtisadi artım mənbəyi kimi nəzərə alınması, iştirakçı ölkələrin iqtisadi faydaları  haqqında nəticə çıxararkən inteqrasiyaya qeyri-xətti proses kimi yanaşılması və xarici iqtisadi əlaqələrin şaxələndirilməsidir. Məqalənin məqsədi beynəlxalq iqtisadi inteqrasiya səviyyə-lərinin qiymətləndirilməsi üçün mövcud metodoloji yanaşmaları sistemləşdirməkdir. Inteqrasiyanın «ölkə-region», «region-region» və «transregional» səviyyələrində motivləri və mexanizmləri, azad iqtisadi zonaların və infrastruktur layihələrin poten-sial imkanları qiymətləndirilir. Azərbaycanın xarici iqtisadi əlaqələrinin yeni istiqamətləri və inteqrasiya münasibətlərinin perspektivləri üzrə konseptual təkliflər irəli sürülür.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.