NƏQLİYYAT SİSTEMİNDƏ DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI: MÜXTƏLİF MODELLƏRİN OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
Açar sözlər
dövlət-özəl tərəfdaşlığı, nəqliyyat sistemi, biznes-model, konsessiya, investisiyaXülasə
Nəqliyyat sistemində dövlət-özəl tərəfdaşlığı biznes-modeli ənənəvi dövlət maliyyələşdirilməsinin alternativi olub, çağdaş dövrdə dünya nəqliyyat infrastruk-turunun inkişafı və modernizə olunmasında mühüm rol oynayır. Tədqiqat işində nəqliyyat sistemində tətbiq olunan müxtəlif dövlət-özəl tərəfdaşlığı modelləri, o cümlədən “Tikinti, istismar və ötürülmə (Build, operate, transfer - BOT)”, “Layihə-ləndirmə, tikinti, maliyyələşdirmə və istismar (Design, build, finance, operate - DBFO)”, “Konsessiya” müqavilələri və onların digər törəmə formaları arasında oxşar və fərqli xüsusiyyətlərin müqayisəli təhlili aparılmışdır. Təhlil zamanı hər bir modelin istifadəsinin səmərəliliyi, maliyyələşmə mexanizmləri və tərəfdaşlar arasında risklərin bölüşdürülməsi prinsipləri araşdırılmış, nəticədə hər bir model çərçivəsində dövlət və özəl tərəfdaş arasında öhdəliklər, risklər və iqtisadi maraqların necə bölüşdürüldüyü müəyyən edilmişdir. Məqalədə müqayisəli təhlil metodu vasitəsilə müxtəlif dövlət-özəl tərəfdaşlığı modellərinin nəqliyyat sistemində fərqli iqtisadi şəraitlərə və layihə şərtlərinə uyğunlaşması imkanları araşdırılmışdır. Təhlil göstərir ki, bu modellərin düzgün seçilməsi nəqliyyat infrastrukturunun səmərəliliyini və rentabelliyini artırmaqla yanaşı, göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin də maksimum səviyyədə yüksəlməsinə səbəb ola bilər. Aparılmış tədqiqat işinin məqsədi hökumət orqanlarına, özəl tərəfdaşlara (investorlar) və digər maraqlı tərəflərə nəqliyyat layihələrini daha səmərəli reallaşdırmaq və həmin layihələrin uzunmüddətli hədəflərinə nail olmaq baxımın-dan ən optimal dövlət-özəl tərəfdaşlığı modelini seçməkdə köməklik göstərməkdir.