İXRACIN ARTMASININ İQTİSADİ BƏRPA ÜZƏRİNDƏKİ TƏSİRLƏRİ

Müəlliflər

Açar sözlər

ixracat, iqtisadi bərpa, ticarət balansı, sənaye istehsalı, iqtisadi artım, valyuta gəlirləri

Xülasə

Bu məqalədə ixracın artmasının iqtisadi bərpa prosesinə təsirləri sistemli şəkildə araşdırılır. Mövzuya həm nəzəri, həm də empirik yanaşma tətbiq olunmaqla, xüsusilə inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan nümunəsi kontekstində ixrac fəaliyyətinin iqtisadiyyatın müxtəlif sahələrinə təsiri qiymətləndirilmişdir. Bu məqalənin məqsədi ixracın artmasının iqtisadi bərpa prosesinə təsirlərini qiymətlən-dirmək, xüsusilə pandemiya sonrası dövrdə ixrac yönümlü siyasətlərin makroiqtisadi göstəricilərə, ÜDM-in artımı, məşğulluq və valyuta gəlirlərinə təsirini sistemli şəkildə öyrənmək, eyni zamanda Azərbaycan nümunəsində ixracat artımının real nəticələrini empirik məlumatlarla nümayiş etdirməyə hədəflənmişdir. Araşdırmada keyfiyyət və kəmiyyət metodlarının sintezi tətbiq edilmişdir. Pandemiya sonrası dövrdə iqtisadiyyatların üzləşdiyi bərpa çağırışları ixracatın yalnız ticarət balansının yaxşılaşdırılması baxımından deyil, həm də istehsalın stimullaşdırılması, məşğul-luğun artırılması, valyuta ehtiyatlarının gücləndirilməsi və innovasiya potensialının genişləndirilməsi baxımından mühüm rol oynadığını göstərmişdir. İxracat milli iqtisadiyyatların inkişafında və bərpasında mühüm rol oynayan əsas faktorlar sırasın-dadır. Xüsusilə iqtisadi geriləmələr və ya böhranlardan sonra ixracatın artması, istehsal sahələrinin canlanması, işsizliyin azalması və valyuta ehtiyatlarının güclən-məsinə səbəb olur. İxracat artımının müxtəlif sektorlar və regionlar üzrə yaratdığı müsbət təsirlər qeyd olunaraq, Azərbaycan nümunəsində təhlillər aparılır. Məqalədə təqdim olunan statistik təhlillər və Azərbaycan üzrə qeyri-neft ixracatının son illərdəki dinamikası bu prosesi əyani şəkildə nümayiş etdirir. Qrafik və cədvəllərlə dəstəklənmiş bu təhlillər ixracat artımının makroiqtisadi sabitlik və uzunmüddətli inkişaf üçün necə mühüm bir vasitəyə çevrildiyini sübut edir. Eyni zamanda ixrac yönümlü siyasətin tətbiqində mövcud olan çağırışlar, o cümlədən bazar şaxələndiril-məsi, rəqabət qabiliyyəti, infrastruktur məsələləri və qlobal ticarət mühitindəki qeyri-müəyyənliklər də təhlil olunmuşdur. Araşdırmanın nəticələri göstərir ki, iqtisadi bərpa və dayanıqlı inkişafın təmin olunması üçün ixracat strategiyalarının gücləndirilməsi və dövlət - özəl sektor əməkdaşlığının dərinləşdirilməsi vacibdir. Məqalə, bu baxımdan, həm akademik araşdırma aparanlar, həm də iqtisadi siyasət qərarvericiləri üçün faydalı nəticələr və tövsiyələr təqdim edir.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.