İCBARİ SIĞORTA SƏMƏRƏLİLİYİNİN İQTİSADİ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

Açar sözlər

səhiyyə, icbari sığorta, səmərəlilik, iqtisadi qiymətləndirmə, effektivlik

Xülasə

Səhiyyə sisteminin və onun tərkib strukturları fəaliyyətinin qiymətləndirilməsinin ən vacib hissəsi tibb təşkilatı fəaliyyətinin iqtisadi təhlilidir. Dövlət tibb təşkilatlarının maliyyələşdirilməsində əsas məqsəd resurslardan istifadə imkanlarının məhdud olduğu şəraitdə məhsul istehsalı deyil, xidmətlər göstərilməsidir. Mövzunun aktuallığı müasir iqtisadiyyat şəraitində sosial və iqtisadi sabitliyi təmin etmək üçün sığorta sistemlərinin rolunun artması ilə əlaqədardır. İcbari sığorta vətəndaşların və bizneslərin maliyyə təhlükəsizliyini artırmaq və onların gələcəkdə yaranacaq potensial risklərə qarşı qorunmasını təmin etmək məqsədilə həyata keçirilir. Azərbaycanda digər ölkələrdə olduğu kimi, sığorta sahəsində islahatların həyata keçirilməsi və sığorta bazarının inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamət-lərindən biridir. Buna görə də, icbari sığortanın iqtisadi effektivliyinin qiymət-ləndirilməsi və bu sahədə təkmilləşdirmələrin aparılması böyük aktuallıq daşıyır. Bu məqalənin məqsədi icbari sığortanın iqtisadi effektivliyinin qiymətləndirilməsi, onun müxtəlif iqtisadi göstəricilərə və aspektlərə təsirinin araşdırılmasıdır.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.