SİYASİ İQTİSADIN PERSPEKTİVLƏRİ: TƏDQİQAT PREDMETİ GENİŞLƏNİR

Müəlliflər

Açar sözlər

siyasi iqtisadın predmeti, məhsuldar qüvvələr, yeni texnologiyaın inkişafı, investisiya fəaliyyəti, investisiya layihələrinin sosial xarakterinin qiymətləndirilməsi, iqtisadi tədqiqatlarin rolu

Xülasə

Tədqiqatın məqsədi bu gün inkişaf edən sosial-iqtisadi proseslərin gedişində yaranan və bütövlükdə iqtisad elminin, xüsusən də siyasi iqtisadın qarşısında yeni vəzifələr qoyan həmin yeni hadisələri təhlil etməkdir. Tədqiqat zamanı dialektik, konkret-tarixi, sistemli təhlil və məntiqi metodlardan istifadə edilmişdir. Tədqiqatın məhdudluğu  siyasi iqtisad elmi üzrə mövcud olan əsərlərin əksəriyyətində bu elmin mövzusunu genişləndirən, sosial-iqtisadi həyatda baş verən dəyişikliklərin kifayət qədər araşdırılmaması hesab edilə bilər. Tədqiqat nəticəsində yeni texnologiyaların sürətli inkişafının təsiri altında müasir məhsuldar qüvvələrin strukturunda yaranan və iqtisad elminin özünün predmetini genişləndirən yeni hadisələr təhlil edilmişdir. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, ondan milli dövlətin səmərəli sosial-iqtisadi siyasətinin inkişafı üçün zəruri olan məhsuldar qüvvələrin struktu-runda baş verən son dəyişiklikləri qiymətləndirmək üçün istifadə oluna bilər. Tədqiqatın elmi yeniliyi və orijinallığı müasir məhsuldar qüvvələrin inkişafı prosesində hazırda meydana çıxan yeni hadisələrin öyrənilməsində bir elm kimi siyasi iqtisadın  imkanlarının müəyyən edilməsində və bununla da onun predmetinin genişləndirilməsindədir.

Yayımlanıb

2025-06-17

Oxşar məqalələr

1-10 : 11

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.