SÜNI İNTELLEKTIN MODA VƏ TEKSTIL DIZAYNINDA İMKANLARI: YARADICI PROSESDƏ YENI YANAŞMALAR
DOI
https://doi.org/10.30546/sbxbaa08Açar sözlər
Süni intellekt, moda, dizayn, tekstil innovasiyalari, dayaniqliliq.Xülasə
Bu məqalədə süni intellektin (Sİ) moda və tekstil dizaynı prosesinə təsiri araşdırılır. Sİ-nin yaradıcı iş axınlarına inteqrasiyası sənayedə innovasiyaların, fərdiləşdirmənin və dayanıqlılığın yeni səviyyələrinə imkan yaradır. Tətbiq olunan texnologiyalar arasında bazar tendensiyalarının analizi, vizual konseptlərin generasiyası, virtual prototipləmə və naxışların avtomatlaşdırılmış şəkildə yaradılması daxildir.
Məqalədə xüsusilə qeyd olunur ki, Sİ tullantıların azaldılması, istehsalın optimallaşdırılması və istehlakçıların fərdi ehtiyaclarına uyğunlaşma kimi əsas sahələrdə mövcud problemlərin həllinə töhfə verir. Bununla yanaşı, müəllif hüquqları və alqoritmik qərarların şəffaflığı kimi etik məsələlər insan nəzarətinin vacibliyini gündəmə gətirir.
Nəticə olaraq vurğulanır ki, Sİ insan dizaynerlərini əvəz etməyəcək, əksinə, onların yaradıcılıq imkanlarını genişləndirən əməkdaşlıq aləti kimi çıxış edəcək və moda sahəsində yeni perspektivlər açacaqdır.
Endirin
Yayımlanıb
Versiya
- 2025-07-18 (2)
- 2025-07-01 (1)