İQTİSADİ FƏAL ƏHALİNİN CİNS–GENDER ÜZRƏ PAYLANMASI VƏ İŞSİZLİK AMİLİ
Açar sözlər
əmək bazarı, əmək resursları, məşğul və işsiz əhali, gender əsaslı sosial quruluşlar, kəşfiyyatçı məlumat təhliliXülasə
Bu tədqiqatın məqsədi 1995–2023-cü illərdə Azərbaycanda iqtisadi fəal əhalinin cins–gender strukturu ilə işsizlik dinamikası arasındakı qarşılıqlı təsiri qiymət-ləndirməkdir. Dövlət Statistika Komitəsinin illik məlumatları mühitində pandas və matplotlib vasitəsilə kəşfiyyat xarakterli təhlil aparılmış, trendləri izah etmək üçün müxtəlif resurslara müraciət edilmişdir. Nəticələr göstərir ki, 2003–2023 dövründə məşğulluğun gender yaxınlaşması müşahidə olunsa da, 2020-ci ildə pandemiya şoku müvəqqəti divergensiyaya səbəb olmuşdur. Tədqiqatın praktiki aktuallığı ondan ibarətdir ki, işsizliyə giriş indeksi”nin lokallaşdırılmış versiyası əmək bazarındakı gender asimmetriyasını real vaxtda izləməyə imkan verir. Elmi yenilik isə ilk dəfə bu indeksin Azərbaycan kontekstinə uyğunlaşdırılması və gender fərqinin 3,1 faiz bəndini izah etməsidir.