Məqalənin dili: Azərbaycan, ingilis və rus dillərində qəbul edilir.
Məqalələr jurnalın əhatə etdiyi sahələrə uyğun olmalıdır.
Məqalə jurnalın redaksiyasına bir nüsxədə printerdən çıxarılmış şəkildə (A4 formatda) və elektron variantda təqdim olunmalı, nüsxə müəllif tərəfindən imzalanmalıdır.
Məqalənin həcmi xülasələr və ədəbiyyat siyahısı da daxil olmaqla 5-8 səhifə həcmində olmalıdır. Həcmi 8 səhifəni aşan məqalə yalnız redaksiya heyətinin razılığı ilə qəbul olunur. Mətnin qrammatik cəhətdən düzgünlüyü müəllif tərəfindən yoxlanılmalıdır.
Jurnalda nəşr olunmaq üçün təqdim olunan məqalə öncə plagiat yoxlanışına, daha sonra isə 2 rəyçiyə göndərilir. Hər iki rəyçidən məqalə ilə bağlı müsbət rəy gələrsə, məqalə redaksiya heyəti tərəfindən nəzərdən keçirilir .
Məqalə redaksiya heyəti tərəfindən nəzərdən keçirilir, jurnalın tələblərinə tam cavab verdiyi təqdirdə məqalə qəbul olunur və dərcinə dair qərar verilir.
Təqdim olunan məqalənin strukturu ümumdünya miqyasında elmi məqalələrə şamil edilən tələblərə cavab verməlidir.
Məqalə aşağıdakı dizayn sahələrini əhatə etməlidir:
Mühit dizaynı
Geyim dizaynı
Kommunikasiya dizaynı
Sənaye dizaynı
Dizayn və müasir incəsənət
Rəqəmsal media dizaynı
Təqdim olunan məqalədə müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, iş yerinin ünvanı, müəllifin e-mail ünvanı və əlaqə telefonları göstərilməlidir.
Məqalənin başlığı qısa olmalı, məzmunu əks etdirməlidir. Məqaləyə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) açar sözlər və UOT indeksi əlavə olunmalıdır.
Azərbaycan dilində təqdim olunan məqalənin əvvəlində ingilis və rus dillərində,
İngilis dilində təqdim olunan məqalənin əvvəlində azərbaycan və rus dillərində,
Rus dilində təqdim olunan məqalənin əvvəlində azərbaycan və ingilis dillərində eyni məzmunlu xülasələr verilməlidir.
Məqalədə digər mənbələrə edilən istinadlar və istifadə olunan ədəbiyyat siyahısı da olmalıdır.
Məqalənin mətni Microsoft Word proqramında Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 12, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağ tərəfdən məsafə 2 sm, yuxarı və aşağıdan isə 3 sm olmalıdır. Birinci sətirdəki boşluq 1,5 sm. Şəkillər (rəsmlər) 11 ölçülü rəsmaltı olmalıdır. Cədvəllərdə şriftin ölçüsü 11 olmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq aşağıda və ortadan nömrələnməlidir. Cədvəl və şəkillərin adı olmalı və ad cədvəllər üçün cədvəlin üstündə ortada, şəkillər üçün şəklin altında ortada yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələnməli, müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şriftlə yazılmalıdır. Cədvəlin sətir və sütunlarının adları qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Qoşma səhifədə əlyazmanın əvvəllər heç bir elmi nəşrdə dərc olunmadığı və elmin hansı sahəsinə aid olduğu qeyd olunmalıdır.
Müraciət nəzarət siyahısı
Bütün göndərilən yazılar aşağıdakı tələblərə cavab verməlidir.
This submission meets the requirements outlined in the Author Guidelines.
Göndərilən yazı daha əvvəl nəşr edilməmiş və nəşr edilmək üçün hər hansı bir jurnala təqdim edilməmişdir (Müəllif Bələdçisində ətraflı məlumat verilmişdir).
Mümkün olduqda istinadlar üçün URL-lər təmin edilmişdir.
Faylı OpenOffice, Microsoft Word, RTF və ya WordPerfec sənəd faylı formasındadır..
Bu yazıda təqdim olunan bütün fotoşəkilləri, məlumat dəstlərini və digər materialları dərc etmək üçün icazə alınmışdır.
Articles
Section default policy
Məxfilik Bəyannaməsi
Bu jurnal saytındakı adlar və email adresləri bu jurnalın qeyd olunan məqsədləri üçün istifadə ediləcəkdir. Başqa məqsədlər və ya başqa bölümlər üçün istifadə edilməyəcəkdir.