AZƏRBAYCAN MEMARLIQ ABIDƏLƏRININ ORNAMENTAL KOMPOZISIYA QURULUŞU VƏ ONLARIN GEYİM SAHƏSİNDƏ İSTİFADƏSİ
Memarlıq ornamentlərinin dizayn elementləri kimi geyim sənətinə inteqrasiyası və vizual ifadə imkanları
DOI
https://doi.org/10.30546/200309.2025.001.512Açar sözlər
Naxçıvan, memarlıq, dizayn, həndəsi ornamentlər, geyim dizaynıXülasə
Yüksək səviyyəli tətbiqi-dekorativ sənətin mərkəzi sayılan Naxçıvanın memarlıq abidələrində müxtəlif formalı kərpiclərdən məharətlə istifadə edilməsi, kərpicə kaşı və rəng çalarlarının əlavə edilməsi onların memarlıq bəzəyini daha da zənginləşdirmişdir. Naxçıvan memarlıq məktəbində həndəsi və bitki ornamentlərinin işlənib hazırlanmasına, riyazi bölmələr üçün nəzərdə tutulmuş üsullardan istifadəyə tez-tez rast gəlinir. Biz həndəsi naxışların ən mürəkkəb nümunələrinə XII-XV əsrlərə aid abidələrdə, əsasən, memar Əcəmi Naxçıvanın əsərlərində rast gəlirik. İntibah dövrü hesab edilən XII əsr bədii və memarlıq dizaynı baxımından böyük əhəmiyyət kəsb edən çoxsaylı memarlıq strukturları ilə təmsil olunur. Naxçıvanın bu dövrə aid memarlıq abidələri öz möhtəşəmliyi, özünəməxsus orijinal xüsusiyyətləri, qeyri-adi gözəlliyi və zərifliyi ilə diqqəti cəlb edir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Articles are published under the Creative Commons Attribution 4.0 International (CC BY 4.0) license. This means that users are free to share, rework, and use the work in any format—even commercially—as long as the author is properly credited.