QƏRBİ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN VİZUAL DİLİ: KEÇMİŞDƏN MÜASİR DİZAYNA

Qərbi Azərbaycan mədəni irsinin vizual elementlərinin müasir dizaynda interpretasiyası

Müəlliflər

  • Pərvin Namazova Eldarli Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) Müəllif
  • fəl.f.d. dos. Elfanə Qasımova Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Müəllif

DOI

https://doi.org/10.30546/200309.2026.002.527

Açar sözlər

Qərbi Azərbaycan, vizual dil, mədəni irs, milli dizayn, ornament, semiotika

Xülasə

Qərbi Azərbaycan bölgəsi əsrlər boyu zəngin mədəni irsə və çoxqatlı vizual ifadə sisteminə malik olmuşdur. Bu məqalədə Qərbi Azərbaycan mədəniyyətinin vizual dili tədqiq olunur, ənənəvi sənət formalarından – xalça ornamentlərindən, memarlıq motivlərindən, geyim və bəzək elementlərindən tutmuş müasir qrafik və rəqəmsal dizayna qədər keçid prosesi araşdırılır. Məqsəd, bu bölgənin estetik kodlarının və simvolikasının müasir dizayn təcrübələrində necə yaşadığını və yenidən interpretasiya olunduğunu müəyyənləşdirməkdir. Tədqiqat tarixi, semiotik və vizual analiz metodları əsasında aparılmışdır. Nəticədə, Qərbi Azərbaycan vizual mədəniyyəti milli dizayn kimliyinin formalaşmasında mühüm rol oynayan estetik sistem kimi təqdim olunur.

Endirin

Yayımlanıb

10.06.2026

Oxşar məqalələr

21-28 : 28

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.