QRAFIK DIZAYNIN GƏLƏCƏYI: SÜNI İNTELLEKT VƏ AVTOMATLAŞDIRMANIN ROLU
DOI
https://doi.org/10.30546/200309.2025.001.305Açar sözlər
qrafik dizayn, süni intellekt, avtomatlaşdırma, yaradıcı prosess, dizayn texnologiyaları.Xülasə
Bu məqalə, qrafik dizaynın gələcəyində süni intellekt və avtomatlaşdırmanın rolunu araşdırır. Qrafik dizayn, tarixən texnologiyanın inkişafı ilə böyük dəyişikliklərə uğrayıb. Bu gün isə süni intellekt və avtomatlaşdırma alətləri dizaynerlərin işini sürətləndirərək, onlara daha yüksək keyfiyyətli və innovativ işlər yaratmaq imkanı təqdim edir. Süni intellekt, dizaynerlərə avtomatik dizayn təklifləri, şəkil redaktəsi və rəng paletləri təyin etməyə kömək edir. Avtomatlaşdırma isə təkrarlanan tapşırıqları asanlaşdırır, vaxtın qənaətini təmin edir. Bununla belə, insan yaradıcılığı hələ də dizaynın əsasını təşkil edir və bu texnologiyalar yalnız dizaynerlərin işini asanlaşdırmaq məqsədi güdür. Gələcəkdə, süni intellekt və avtomatlaşdırma texnologiyalarının daha da inkişafı ilə qrafik dizayn sahəsi daha fərdiləşmiş və interaktiv olacaq, lakin insan təxəyyülünün rolu davam edəcək.
Endirin
Yayımlanıb
Versiya
- 2025-07-18 (2)
- 2025-07-01 (1)