DƏYƏR ZƏNCİRLƏRİNİN FORMALAŞMASI: MAHİYYƏT VƏ STRUKTUR ASPEKTLƏRİ

Müəlliflər

Açar sözlər

məhsul, dəyər, dəyər zənciri, struktur, təhlil üsulu, rəqəmsal, komponentlər, yanaşmalar

Xülasə

Tədqiqatın məqsədi - dəyərin yaranması zəncirlərini iqtisadi fəaliyyətlərin sistemli məcmusu kimi müxtəlif aspektlərdə tədqiq etməklə məhsulların dəyər zəncirlərinin müasir kontekstdə mahiyyətinin açıqlanması və strukturunun təkmilləşdirilməsi imkanlarının aşkar edilməsidir. Tədqiqatın metodologiyası – tədqiqat prosesində müşahidə, müqayisəli təhlil, elmi abstraksiya, sintez və məntiqi ümumiləşdirmə üsullarından istifadə olunmuşdur. Tədqiqatın tətbiqi əhəmiyyəti - əldə olunmuş nəticələr məhsulların dəyər zəncirlərinin strukturunun təkmilləşdirilməsi prosesində istifadə edilə bilər. Tədqiqatın nəticələri – dəyər zəncirlərinin mahiyyəti açıqlanmış, onun strukturunun təkmilləşdirilməsi imkanları aşkar edilmiş, onların reallaşdırıl-ması istiqamətləri müəyyən edilmiş, təkliflər irəli sürülmüşdür. Tədqiqatın orijinal-lığı və elmi yeniliyi – dəyər zəncirinə təhlil üsulu kimi yanaşmaqla həmin zəncirin komponentləri arasında qarşılıqlı əlaqələrin səmərəliliyinin yüksəldilməsi istiqamət-lərinin müəyyən edilməsidir.

Yayımlanıb

2025-10-21

Oxşar məqalələr

1-10 : 18

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.