PEŞƏKAR İNKİŞAFIN NƏZƏRİ ƏSASLARI VƏ MÜƏLLİMLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ: DÜNYA TƏCRÜBƏLƏRİ KONTEKSTİNDƏ TƏHSİLƏ YANAŞMALAR
Açar sözlər
peşəkar inkişaf, pedaqoji səriştə, özünə hörmət, təhsilin keyfiyyəti, innovativ təlim, beynəlxalq təcrübə, statistik müqayisəXülasə
Müasir təhsil sistemlərinin effektivliyi birbaşa tədris prosesinin keyfiyyətini və tələbələrin fərdi və akademik inkişafını təyin edən müəllimlərin peşə biliklərindən, pedaqoji bacarıqlarından və dəyər yönümlü yanaşmalarından asılıdır. Bu tədqiqat müəllimlərin peşə inkişafının nəzəri və praktik aspektlərini sistematik şəkildə təhlil edir. Peşəkar inkişafın nəzəri əsasları səriştə nəzəriyyələrinə (Guskey-nin dəyişiklik modeli, Villegas-Reimers-in fərdi və institusional yanaşmaları), pedaqoji prinsiplər (Darling-Hammond və McLaughlin-in konstruktivist modeli, Borg-un reflektiv təkmilləşmə çərçivəsi) və təhsil fəlsəfəsi (UNESCO-nun “dörd sütun” prinsipi, kompetensiya əsaslı təhsil) üzərində qurulmuşdur (Guskey, 2002; Villegas-Reimers, 2003; Darling-Hammond & McLaughlin, 1995; Borg, 2015a; UNESCO, 2016). Bu nəzəri çərçivə müəllimlərin peşəkarlıq səviyyəsinin və ömürboyu öyrənmə prinsi-pinin təhsilin keyfiyyətindəki strateji rolunu vurğulayır.
Səriştə əsaslı təlim, innovativ texnologiyalara (rəqəmsal platformalar, problemli öyrənmə) və təhsilin keyfiyyətinin qiymətləndirilməsinə (ölçülə bilən göstəricilər, çoxsəviyyəli monitorinq) əsaslanan tədrisdə nəzəri prinsiplərin praktik tətbiqi araşdırılır. Dövlət təhsil standartları, reflektiv özünüqiymətləndirmə (peşəkar portfoliolar, introspeksiya) və istehsaldan kənar təlim (mentorluq, kollegial əmək-daşlıq) müəllimlərin davamlı inkişafına kömək edir.
Beynəlxalq təcrübənin təhlili Finlandiya, Kanada, Yeni Zelandiya və Türkiyənin peşəkar inkişaf modelləri PISA 2022 nəticələri ilə müqayisə edilir. Finlandiya, Kanada və Yeni Zelandiya regiondan-regiona fərqlənən məktəb və universitet əsaslı modelə malikdir, Türkiyə isə öz yüksək göstəriciləri ilə fərqlənir. PISA 2018-də Azərbaycanın göstəriciləri (oxu: 389, elm: 398, riyaziyyat: 420) isə bu təcrübələrin Azərbaycana uyğunlaşdırılma potensialını göstərir. Azərbaycanın “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” (2013) isə səriştəyə əsaslanan təhsilə xüsusi diqqət yetirən sistemli islahatları dəstəkləyir.
Müəllimlərin ixtisasının artırılması təhsil sisteminin keyfiyyətinin yüksəldilməsində əsas amildir. Azərbaycanda təhsil beynəlxalq təcrübəni yerli reallıqlara uyğun-laşdırmaqla və innovativ strategiyalardan istifadə etməklə bu prosesi sürətləndirə bilər.