AZƏRBAYCANDA İXRAC PROSESİNİN KƏND TƏSƏRRÜFATININ SUBSİDİYALAŞDIRILMASI SİYASƏTİNƏ VƏ SAHİBKARLIQ SUBYEKTLƏRİNİN FƏALİYYƏTİNİN MÖVCUD TƏNZİMLƏNMƏSİNƏ TƏSİRİ MƏSƏLƏLƏRİ
Açar sözlər
ixrac potensialı, regional inkişaf, müasir iqtisadiyyat, Azərbaycan Respub-likası, ixracın tənzimlənməsi, kənd təsərrüfatıXülasə
Azərbaycanda neft sektorunun inkişafı iqtisadiyyatın müəyyən bir sahədən asılı-lığına və dalğalanmalara səbəb olur. Bu səbəbdən ölkəmizdə sahibkarlıq subyektləri inkişafının təmin edilməsi aktual mövzu hesab olunur. Bu istiqamətdə dövlət proqramları və layihələrinin həyata keçirilməsi prioritet istiqamət kimi qiymət-ləndirilir. Məqalədə Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyekt-lərinin göstəriciləri statistik təhlil olunur. Eyni zamanda, təkcə ölkəmizdə deyil, digər ölkələrdə də sahibkarlıq subyektlərinin bazarda ümumi və bazar payı qeyd olunur. Bundan əlavə, onların ölkə iqtisadiyyatına verdiyi töhfələr vurğulanır. İxrac prosesinin tənzimlənməsi üzrə əsas istiqamətlər müəyyənləşdirilir, bu sahədə tədqiqat aparılır və nəticələr qeyd olunur.