KƏND TƏSƏRRÜFATININ RESURS TƏMİNATI BAZARINDA RƏQABƏT ŞƏRAİTİ

Müəlliflər

Açar sözlər

kənd təsərrüfatı, resurs təminatı, bazar strukturu, rəqabət mühiti, aqrar xidmətlər

Xülasə

Məqalədə Azərbaycanda kənd təsərrüfatı resurs təminatı bazarının, o cümlədən texnika, gübrə, pestisid, toxum və aqrotexniki xidmətlər bazarlarının rəqabət şəraiti təhlil olunur. Tədqiqatın əsas məqsədi bu bazarlarda mövcud rəqabət mühitinin qiymətləndirilməsi və gələcək inkişaf üçün praktiki tövsiyələrin verilməsidir. Tədqiqat konkret resurs seqmentləri (toxum, gübrə, texnika, pestisid) üzrə rəqabət vəziyyətini struktur və funksional aspektlərdən, dövlət iştirakçısının rolu, özəl sektorun fəaliyyəti və regional fərqliliklər baxımından təhlil edir.
Təhlil FAO, Dövlət Statistika Komitəsi, Aqroservis ASC, Aqrar Tədqiqatlar Mərkəzi və AKİA-nın rəsmi məlumatları, habelə fermer sorğularının nəticələrinə əsaslanır. Rəqabət səviyyəsi bazar payı (CR1), qiymətdən razılıq dərəcəsi və bazara giriş maneələri kimi göstəricilər çərçivəsində qiymətləndirilmişdir.
Araşdırma göstərir ki, 2018-ci ildən sonra bazarın liberallaşması sayəsində ümumi rəqabət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşmış, fermerlərin əlçatanlığı və məmnunluğu artmışdır. Lakin bəzi regionlarda texnika icarəsi kimi sahələrdə dövlət iştirakçısının dominantlığı və lokal inhisarçılıq riskləri davam edir. Tədqiqat texnika bazarında özəl təşəbbüslərin dəstəklənməsi, keyfiyyət standartlarının sərtləşdirilməsi və regional əlçatanlığın artırılması üzrə tövsiyələr irəli sürür.

Endirin

Yayımlanıb

2025-10-21

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.