BALAKƏN İNZİBATİ RAYONUNDA İCTİMAİ NƏQLİYYATIN TURİZMƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

Açar sözlər

Balakən, korrelyasiya, nəqliyyat, dayanıqlı inkişaf, turizm

Xülasə

Məqalədə Azərbaycanın şimal-qərb hissəsində yerləşən Balakən inzibati rayonunda ictimai nəqliyyat infrastrukturunun turizmin inkişafına təsiri təhlil olunur. Tədqi-qatın əsas məqsədi regionun mövcud nəqliyyat şəbəkəsinin turistlərin hərəkət-liliyinə, turizm obyektlərinə çıxış imkanlarına və ümumilikdə turizm poten-sialının reallaşdırılmasına təsirini müəyyənləşdirməkdir. Tədqiqat çərçivəsində Balakən rayonunda fəaliyyət göstərən ictimai nəqliyyat sisteminin mövcud vəziyyəti təhlil edilmiş, mövcud marşrut xətləri, istifadə olunan nəqliyyat vasitələrinin texniki səviyyəsi, xidmətin keyfiyyəti və yol infrastrukturu üzrə statistik göstəricilər araşdırılmışdır. Region daxilində hərəkət intensivliyi Engel düsturu vasitəsilə hesablanmış, ictimai nəqliyyat obyektləri ilə turist fəaliyyəti arasındakı əlaqənin səviyyəsi isə Spearmanın xətti korrelyasiya əmsalı ilə müəyyən edilmiş və aralarında orta dərəcədə müsbət korrelyasiya qeydə alınmışdır. Tədqiqatın nəticələri göstərir ki, mövcud nəqliyyat infrastrukturundakı bəzi çatışmazlıqlar turistlərin müəyyən obyektlərə rahat çıxışını məhdudlaşdırır və bu da turistlərin ümumi məmnunluğuna mənfi təsir göstərir. Məqalədə nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə bir sıra praktik tövsiyələr irəli sürülür. Bu təkliflər Balakən rayonunda dayanıqlı və balanslaşdırılmış turizm inkişaf strategiyasının formalaşdırılması üçün mühüm elmi və praktiki baza ola bilər.

Yayımlanıb

2025-10-21

Oxşar məqalələr

1-10 : 13

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.