KİÇİK VƏ ORTA SAHİBKARLIQ SUBYEKTLƏRİNDƏ TORPAQ, TİKİLİ VƏ AVADANLIQLARIN MÜBADİLƏSİNİN UÇOTUNDA OLAN PROBLEMLƏR

Müəlliflər

Açar sözlər

MHBS, KOS, aktivlər, mübadilə

Xülasə

Tədqiqatın əsas məqsədi kiçik və orta sahibkarlıq subyektlərində aktivlərin mübadiləsinin vergi uçotu və maliyyə hesabatları baxımından aktuallığı və mühasibat uçotu qaydalarının tətbiqində aktivlərin mübadiləsi ilə əlaqəli problemləri araşdırmaqdır. Kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının 17-ci bölməsi və müvafiq olaraq mühasibat uçotunun aparılma qaydalarında aktivlərin mübadiləsinə aid olan maddələr, həmçinin Vergi Məcəlləsində bu mövzunu əhatə edən maddələr qarşılıqlı müqayisə edilmiş və təcrübədə olan uyğunsuzluqlar nəzərdən keçirilmişdir.
Tədqiqat metodları ümumiləşdirmə, təhlil, nümunələr əsasında müqayisələrə əsas-lanır. Aktivlərin mübadiləsində düzgün dəyərin müəyyən olunması və qiymət-ləndirmə metodlarının, xüsusən ədalətli və bazar dəyərinin fərqləri və tətbiq sahələri barədə müddəalar nümunələr üzrə təhlil edilmişdir.
Tədqiqatın praktik əhəmiyyəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Vergi Məcəlləsində aktivlərin dəyərinin qiymətləndirilməsi üçün müxtəlif metod-ların tətbiqi kiçik müəssisələr üçün, xüsusən də bazar şəraitində və resursların məhdud olduğu şəraitdə aktivlərin ədalətli dəyərlə qiymətləndirilməsi üçün yaratdığı xərci nəzərə alaraq bu müddəaların sadələşdirilməsi, vergi yoxlamalarında çox vaxt aktivlərin bazar dəyəri üzərindən qiymətləndirilməsi təcrübəsinin maliyyə hesabat-larına təsirinin minimuma endirilməsi, aktivlərin mübadiləsində düzgün dəyər təyin etmənin və standartlara uyğun hesabatların əhəmiyyətinin müəyyən edilməsidir.

Yayımlanıb

2025-10-21