İNNOVASİYA VASİTƏSİ İLƏ İQTİSADİ RİFAHIN İNKİŞAFI: İNNOVASİYALI İQTİSADİ ARTIMIN AZƏRBAYCAN MODELİ
DOI
https://doi.org/10.30546/UNECSR.2025.04.3012Açar sözlər
innovasiya, texnoloji innovasiya, elmi tədqiqat, innovasiya siyasəti, yaşıl texnologiya, startap, makroiqtisadi siyasətin koordinasiyası, inkişaf.Xülasə
Bu tədqiqat Azərbaycanda innovasiyaya əsaslanan iqtisadi artımı stimullaşdırmaq və uzunmüddətli dayanıqlılığı təmin etmək məqsədilə “Beşli Spiral” yanaşmasına söykənən yeni iqtisadi inkişaf modelini təklif edir. Azərbaycanın resurslara əsaslanan iqtisadiyyatdan innovasiyalı iqtisadiyyata və iqtisadiyyatın diversifikasiya olunma-sına keçid mərhələsində olduğu bir vaxtda, bu araşdırma həm ölkədaxili innovasiya fəaliyyətlərini, həm də beynəlxalq təcrübələri təhlil edərək hərtərəfli yeni model formalaşdırır.
Təklif olunan model hökumət, özəl sektor, elm (tədqiqat və təhsil), vətəndaş cəmiyyəti və ekoloji dayanıqlılıqdan ibarət beş əsas elementin inteqrasiyalı əmək-daşlığını vurğulayır. Bu əməkdaşlıq innovasiyaya əsaslanan iqtisadi transforma-siyanın uğurlu icrası üçün həlledici əhəmiyyət daşıyır. Model çərçivəsində müəyyən edilən strateji prioritetlərə bərpa olunan enerji, startap ekosisteminin inkişafı, kiçik və orta sahibkarlığın böyüməsi və rəqəmsal iqtisadiyyatın genişlənməsi daxildir.
Araşdırma daxilində güclü innovasiya ekosisteminin formalaşmasında koordi-nasiyalı siyasət tədbirlərinin və normativ-hüquqi islahatların mühüm rol oynaması vurğulanır. Nəticədə siyasətçilər, biznes liderləri və akademik müəssisələr üçün dəyərli tövsiyələr təqdim edilir, Azərbaycanın sürətlə dəyişən qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini və dayanıqlılığını artırmaq üçün strukturlaşdırılmış yanaşma təklif edilir.
