RƏQƏMSAL TRANSFORMASİYANIN NEFT-QAZ SEKTORUNA TƏSİRİ
DOI
https://doi.org/10.30546/UNECSR.2025.04.3030Açar sözlər
rəqəmsallaşma, neft-qaz sektoru, rəqəmsal texnologiyalar, CO2 emissiyası, neft-qaz şirkəti.Xülasə
Məqalədə neft-qaz sektorunda rəqəmsal transformasiyanın çağırışlarına uyğun rəqəmsal texnologiyaların tətbiq imkanları, əsas istiqamətləri və rəqəmsallaşmanın tətbiqi ilə yarana biləcək problemlər nəzərdən keçirilmişdir. Rəqəmsal texnologiyaların neft-qaz şirkətlərinin əməliyyatlarının idarə edilməsində, əməliyyat xərclərinin azaldılmasında və optimallaşdıma qərarlarının verilməsində rolu təhlil edilmişdir. Həmçinin qlobal sənaye üsulu ilə hasil edilmiş karbohidrogen ehtiyatlarının poten-sial artımına, enerji təhlükəsizliyində sabitliyin təmin edilməsinə və enerji sektorunun yeni üsullarla idarə edilməsinə verə biləcəyi faydalılığı əsaslandırıl-mışdır. Tədqiqatın məqsədi neft-qaz sektorunda rəqəmsal transformasiya prosesinin CO₂ emissiyasının azaldılmasına və “xalis sıfır” strategiyasına uyğunlaşdırılması və beynəlxalq neft-qaz şirkətlərinin rəqəmsallaşma strategiyalarını təhlil etməklə rəqəmsal texnologiyaların tətbiq imkanlarını müəyyən etməkdir. Məqalədə analiz, sistemli yanaşma, sintez və müqayisəli təhlil metodlarından istifadə edilmişdir.
