AZƏRBAYCAN İQTİSADİYYATINDA QEYRİ-MALİYYƏ SEKTORUNUN MALİYYƏ SEKTORUNA TƏSİRİNİN LEONTYEV XƏRCLƏR–BURAXILIŞ MODELİ ƏSASINDA EMPİRİK QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.01.105Açar sözlər
Leontyev modeli, xərclər–buraxılış analizi, əlavə dəyərin transmissiyası, maliyyə sektoru, tarazlıq qiymətləriXülasə
Bu məqalə Azərbaycan iqtisadiyyatında sektorlararası əlaqələri təhlil edir və qeyri-maliyyə sektorunun maliyyə sektoruna təsirini qiymət və əlavə dəyər transmissiya kanalları vasitəsilə araşdırır. Leontyevin xərclər–buraxılış modeli əsasında sektor-lararası qarşılıqlı asılılıqlar modelləşdirilmiş və qeyri-maliyyə sektorunda (real sektorda) baş verən struktur və əlavə dəyər dəyişikliklərinin maliyyə sektorunun tarazlıq vəziyyətinə təsiri qiymətləndirilmişdir. Sahələrarası balans cədvəllərinə əsaslanan empirik simulyasiya nəticələri göstərir ki, qeyri-maliyyə sektorunda əlavə dəyər normasının 10% artması maliyyə sektorunun tarazlıq qiymətlərini maliyyə xidmətlərində 1,54%, sığorta və pensiya xidmətlərində (məcburi sosial təminat istisna olmaqla) 1,82%, maliyyə və sığorta xidmətlərinə yardımçı sahələrdə isə 2,22% artırır. Həmçinin, qeyri-maliyyə sektorunun son məhsulunun 10% artımı maliyyə sektorunun ümumi buraxılışını müvafiq olaraq 7,53%, 9,02% və 7,93% artırır. Nəticələr göstərir ki, qeyri-maliyyə və maliyyə sektorları arasında güclü transmissiya əlaqələri mövcuddur və Leontyev modeli bu qarşılıqlı asılılıqların kəmiyyətcə qiymətləndirilməsinə, həmçinin qiymət və əlavə dəyər transmissiyasının mexanizmlərinin təhlilinə imkan verir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Murad Yusifov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
