TƏBİİ İNHİSARLARIN TEXNOLOJİ DƏYİŞİKLİKLƏRƏ VƏ RƏQƏMSALLAŞMAYA UYĞUNLAŞMASI
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.01.112Açar sözlər
təbii inhisar, rəqəmsallaşma, texnoloji dəyişiklik, infrastruktur, tənzimləmə.Xülasə
Tədqiqatın əsas məqsədi texnoloji dəyişikliklərin və rəqəmsallaşmanın təbii inhisarların fəaliyyətinə, iqtisadi səmərəliliyinə və tənzimlənmə mexanizmlərinə təsirinin sistemli şəkildə araşdırılmasıdır. Məqalədə rəqəmsal platformaların, avtomatlaşdırmanın və məlumat əsaslı idarəetmə texnologiyalarının təbii inhisarların ənənəvi dominant mövqelərini necə transformasiya etdiyi, rəqabət mühitinə və institusional mexanizmlərə təsiri təhlil olunur. Tədqiqat nəzəri təhlil, sistemli yanaşma, müqayisəli tarixi analiz və empirik müşahidə metodlarına əsaslanır. İsveç telekommunikasiya sektoru və Azərbaycan üzrə kommunal və enerji sahələrində rəqəmsal texnologiyaların tətbiqi nümunələri əsasında əməliyyat xərclərinin dinamikası, xidmət keyfiyyəti və idarəetmə effektivliyi qiymətləndirilir. Aparılan təhlil göstərir ki, rəqəmsallaşma texniki itkilərin azalmasına, xidmətlərin göstərilmə müddətinin qısalmasına və tənzimləmə mexanizmlərinin çevikliyinin artmasına səbəb olur. Eyni zamanda rəqəmsal idarəetmə alətləri məlumatların şəffaflığını artırmaqla tənzimləyici nəzarətin effektivliyini gücləndirir və qərar qəbuletmə proseslərini sürətləndirir. Tədqiqatın elmi yeniliyi rəqəmsallaşmanın təbii inhisarlar üçün yalnız texnoloji yenilik deyil, eyni zamanda institusional transformasiya vasitəsi kimi əsaslandırılmasından ibarətdir. İşin praktik əhəmiyyəti tənzimləyici institutlar və infrastruktur sahələri üçün qərar qəbuletmə proseslərinin təkmil-ləşdirilməsi imkanlarının müəyyənləşdirilməsidir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Galib Huseynov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
