ƏMƏK BAZARININ TEXNOLOJİ İNKİŞAF VƏ RƏQƏMSALLAŞMA DÖVRÜNDƏ TRANSFORMASİYASI
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.01.137Açar sözlər
əmək bazarı, süni intellekt, rəqəmsallaşma, Dördüncü Sənaye İnqilabı, iş yerlərinin transformasiyasıXülasə
Dördüncü Sənaye İnqilabı ilə şərtlənən sürətli texnoloji inkişaf və rəqəmsallaşma qlobal əmək bazarlarında fundamental transformasiyalara səbəb olur ki, bu da milli iqtisadiyyatlar üçün həm imkanlar, həm də ciddi çağırışlar yaradır. Bu tədqiqatın məqsədi, süni intellekt və avtomatlaşdırmanın təsiri ilə baş verən iş yerlərinin yerdəyişməsi, yeni bacarıq tələblərinin formalaşması və əməkhaqqı bərabərsizliyi kimi mühüm prosesləri qlobal tendensiyalar və Azərbaycan reallıqları kontekstində kompleks təhlil etməkdir. Tədqiqatın metodoloji əsasını beynəlxalq təşkilatların (BVF, OECD, Dünya Bankı) hesabatları, müasir akademik ədəbiyyat və Azərbaycanın strateji sənədlərinin konseptual sintezi ilə yanaşı, 2005-2024-cü illər üzrə ölkə məlumatları əsasında ali təhsil və informasiya-kommunikasiya texnolo-giyalarının (İKT) əmək məhsuldarlığına təsirini ölçən ən kiçik kvadratlar üsulu ilə ekonometrik reqressiya təhlili təşkil edir. Təhlilin nəticələri göstərir ki, texnoloji transformasiya ikili xarakter daşıyır. Bir tərəfdən rutin tapşırıqları əvəzləyərək işçi qüvvəsinin yerdəyişməsinə səbəb olur, digər tərəfdən isə insan əməyini tamamlayaraq, yeni peşələr yaradaraq ümumi məhsuldarlığı artırır. Ekonometrik model həm ali təhsil səviyyəsinin, həm də İKT-yə yatırımların Azərbaycanda əmək məhsuldarlığına statistik əhəmiyyətli və müsbət təsir göstərdiyini empirik olaraq təsdiqləyir. Tədqiqatın nəticələri əmək bazarının yeni çağırışlara hazırlanması, rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması və adaptiv sosial-iqtisadi siyasətin təkmilləşdirilməsi üçün siyasətçilər, təhsil müəssisələri və özəl sektor üçün tətbiqi əhəmiyyət kəsb edir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Natig Seyfullazadeh (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
