HADİSƏ TURİZMİ KONTEKSTİNDƏ FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNİN TURİZMİN İNKİŞAFINA TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.03.1006Açar sözlər
hadisə turizmi, Formula 1, Azərbaycan Qran-prisi, birbaşa iqtisadi təsir, dolayı iqtisadi təsir.Xülasə
Məqalədə Formula 1 Azərbaycan Qran-prisinin hadisə turizminə, Bakının turizm sektoruna və şəhər iqtisadiyyatına təsiri araşdırılır. Məqsəd 2016-2017-ci illər üzrə açıqlanmış göstəriciləri müqayisə etmək və bu rəqəmlərin turizm baxımından nə ifadə etdiyini göstərməkdir. Təhlildə Bakı Şəhər Halqasının PwC qiymətləndir-məsinə istinadən yaydığı məlumatlardan istifadə olunmuşdur. İki yarış üzrə ümumi iqtisadi təsir 277,3 milyon ABŞ dolları, birbaşa təsir 164,2 milyon dollar, dolayı təsir isə 113,1 milyon dollar göstərilmişdir. Turizm sektorunda birbaşa təsir 22,7 milyon, dolayı təsir isə 14,9 milyon ABŞ dolları olmuşdur. Bu rəqəmlər yarışların təsirinin yalnız ziyarətçilərə xidmət göstərən müəssisələrlə məhdudlaşmadığını, yerli təchi-zatçı və xidmət sahələrinə də yayıldığını göstərir. Birbaşa təsirin daha yüksək olması yerləşdirmə, ictimai iaşə, nəqliyyat və digər turist xidmətlərinin yarışdan daha çox faydalandığını göstərir. Məqalədə mövcud göstəricilər birlikdə nəzərdən keçirilir və Azərbaycan Qran-prisinin Bakının tanınmasına, turizm xidmətlərinə və şəhərdə iqtisadi fəallığa verdiyi töhfə göstərilir. Tədqiqatın fərqli cəhəti rəqəmləri sadəcə təkrar etmək deyil, onları turizm sektoru ilə şəhər iqtisadiyyatı arasındakı əlaqə baxımından şərh etməkdir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Ayan Mirzayeva (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
