TLS/SSL PROTOKOLLARININ MÜƏSSİSƏ İNFRASTRUKTURLARINDA TƏHLÜKƏSİZLİK TƏMİNATINDA ROLU
DOI
https://doi.org/10.30546/301678.02.02.2025.028Açar sözlər
TLS/SSL, kriptoqrafiya, şifrələməXülasə
Bu məqalədə TLS/SSL protokollarının müəssisə infrastrukturlarında informasiya təhlükəsizliyinin təmin edilməsində oynadığı əsas rol araşdırılır. Müasir rəqəmsal mühitdə internet üzərindən ötürülən məlumatların məxfiliyinin, bütövlüyünün və autentifikasiyasının qorunması müəssisələr üçün prioritet məsələlərdən biridir. TLS/SSL protokolları bu tələbləri qarşılayan əsas kriptoqrafik mexanizmlər kimi çıxış edir. Məqalədə əvvəlcə TLS/SSL-in texniki əsası, şifrələmə metodları, TLS handshake prosesi və sertifikat infrastrukturu (PKI) izah olunur. Daha sonra protokolun web serverlər, email sistemləri, VPN həlləri, API-lər və cloud mühitlərində tətbiq istiqamətləri təhlil edilir. TLS/SSL-ə qarşı tətbiq olunan hücum vektorları və tarixi zəifliklər (MITM, downgrade, Heartbleed və s.) praktiki nümunələrlə araşdırılır. Sonda müəssisə miqyasında TLS/SSL-in düzgün tətbiqi, təhlükəsiz konfiqurasiyası, sertifikatların idarə olunması və monitorinqi üçün best practice-lər təqdim olunur. Araşdırmanın nəticələri göstərir ki, TLS/SSL protokolları təşkilatların kibertəhlükəsizlik strategiyasının ayrılmaz hissəsidir və düzgün tətbiq edildiyi halda məlumatların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır
