Jurnal haqqında

UNEC Tələbə Tədqiqat Jurnalı

UNEC Tələbə Tədqiqat Jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti tərəfindən yaradılmış Tələbə Elmi Jurnalidir. Bu jurnal UNEC-də tələbələr tərəfindən hazırlanması, redaksiya heyətinin əsasən tələbələrdən ibarət olması və UNEC-də nəşr olunması ilə universitetdə ilk tələbə elmi jurnalıdır. Jurnal 2023-cü ilin dekabr ayından fəaliyyət göstərir.

Jurnalın yaradılmasının əsas məqsədi ölkədə və xaricdə təhsil alan yüksək intellektli gənclərin elmi işlərinin dərcinə və yayılmasına dəstək göstərmək, onların elmə cəlb olunmasını təmin etmək, tələbələr arasında elmi biliklərin sərbəst mübadiləsi üçün şərait yaratmaq və elmi yaradıcılığın inkişafına töhfə verməkdir.

Tələbə Elmi Jurnalı ildə iki dəfə nəşr olunur. Jurnal Azərbaycan və xarici universitetlərdə təhsil alan bakalavr və magistr tələbələri üçün nəzərdə tutulub və məqalələr dörd dildə qəbul edilir: Azərbaycan, türk, ingilis və rus dillərində.

Jurnalda məqalə dərc etdirmək istəyən müəlliflər öz məqalələrini jurnalın elektron poçt ünvanına — ssjournal@unec.edu.az — göndərə və ya vebsayt vasitəsilə təqdim edə bilərlər. Məqalələr hazırlanarkən akademik etika gözlənilməli, müəlliflik hüquqlarının pozulmasına və plagiata yol verilməməlidir.