Jurnal haqqında

Məqsəd

UNEC Tələbə Tədqiqatları Jurnalı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən nəşr olunan, tələbələr üçün nəzərdə tutulmuş akademik jurnaldır. Jurnal tələbələrin elmi tədqiqatlarının nəticələrini dərc etmək və yaymaq üçün elmi platforma yaratmaq məqsədilə təsis edilmişdir. Bu jurnal UNEC-də tələbələr tərəfindən hazırlanması, redaksiya heyətinin əsasən tələbələrdən ibarət olması və UNEC-də nəşr olunması ilə universitetdə ilk tələbə elmi jurnalıdır. Jurnal 2023-cü ilin dekabr ayından fəaliyyət göstərir.

Jurnalın məqsədi bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələrinin elmi potensialını üzə çıxarmaq, onların elmi tədqiqatlarını dəstəkləmək və nəticələrinin dərcinə şərait yaratmaqdır. Jurnal elmi biliklərin yayılmasına və paylaşılmasında platforma rolunu oynayır və tələbələrin akademik fəaliyyətini stimullaşdırmaqla elmi yaradıcılığın inkişafına töhfə verməyi hədəfləyir.

UNEC Tələbə Tədqiqatları Jurnalı iqtisadiyyat, idarəetmə, texnoloji elmlər və əlaqəli sahələrdə orijinal nəzəri və empirik tədqiqatları qəbul edir. Nəşr olunması üçün jurnala təqdim edilən bütün məqalələr özündə elmi yenilikləri ehtiva etməsi, metodoloji baza, akademik etika və praktik əhəmiyyət meyarları əsasında qiymətləndirilir.

 

Əhatə etdiyi sahələr

Jurnal aşağıdakı sahələr üzrə tədqiqat işlərini qəbul edir:

  • İqtisadiyyat (makroiqtisadiyyat və mikroiqtisadiyyat)
  • Regional, milli və qlobal iqtisadi inkişaf
  • Davamlı inkişaf, ekologiya və ətraf mühitin iqtisadiyyatı
  • İqtisadi siyasət, dövlət tənzimlənməsi və fiskal idarəetmə
  • Vergi və vergiqoyma sistemi
  • Biznes və sahibkarlığın idarə edilməsi
  • Strateji menecment və korporativ idarəetmə
  • Maliyyə və maliyyə bazarları
  • Mühasibat uçotu və audit
  • Bank işi və sığorta
  • Statistika, ekonometrika və kəmiyyət təhlili metodları
  • Beynəlxalq ticarət və logistika
  • Beynəlxalq iqtisadi münasibətlər
  • Rəqəmsal iqtisadiyyat, informasiya texnologiyaları və data analitikası
  • Texnoloji elmlər, mühəndislik və onların iqtisadi tətbiqləri
  • Sosial iş, sosial siyasət və sosial rifah
  • Dizayn (texniki estetika, qrafik dizayn, geyim dizaynı, vizual dizayn və media)

 

Dillər

 Jurnal məqalələri Azərbaycan, Türk, İngilis və Rus dillərində qəbul edir.

 

Nəşr tezliyi

 Jurnal ildə iki dəfə nəşr olunur.

 

Məqalələrin təqdim edilməsi

Müraciət qaydaları

Jurnala UNEC-də bakalavriatura və magistratura pillələrində təhsil alan tələbələrin tərəfindən aparılmış tədqiqat nəticələri qəbul olunur.

Məqalələr jurnalın rəsmi elektron poçt ünvanına (ssjournal@unec.edu.az) göndərilə, və ya jurnalın vebsaytı vasitəsilə təqdim oluna bilər. Göndərilən məqalələr akademik etikaya uyğun olmalı və müəlliflik hüquqları qorunmalıdır.

 

Etik tələblər

Bütün məqalələr plagiat yoxlamasından keçirilirməlidir. Tədqiqat işləri akademik dürüstlük və elmi etikaya uyğun hazırlanmalıdır. Müəlliflik hüquqlarının pozulması, plagiat və etik standartların pozulması halları qəbul edilmir. Jurnal müəlliflərdən tədqiqat işlərinin orijinallığını təmin etməyi, mənbələrə düzgün istinad verməyi və məsuliyyətli elmi davranışı gözləyir.