MÖVSÜMİ GEYİM DİZAYNINDA FUNKSİYA VƏ MODA ARASINDA TARAZLIĞIN TƏHLİLİ

Geyimin funksionallığı ilə estetik xüsusiyyətlərin sintezi: dizayn yanaşmaları və tətbiq nümunələri

Müəlliflər

  • Fərqanə Əliyeva Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Şakir Əliyev Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Gülnarə Əliyeva Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Rəhim Mehdizadə Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Radə Əsgərova Azərbaycan Texnologiya Universiteti Müəllif

DOI

https://doi.org/10.30546/200309.2025.002.501

Açar sözlər

funksionallıq, erqonomika, siluet, dekorativ element, davamlı dizayn, rəng və faktura.

Xülasə

Məqalə mövsümi geyim dizaynında funksiya və moda anlayışlarının qarşılıqlı münasibəti elmi əsaslarla təhlil edilmişdir.Mövsümi geyim dizaynında funksiya və moda arasında tarazlıq müasir geyim sənayesinin ən mühüm nəzəri-praktiki məsələlərindən biridir. Funksiya geyimin rahatlıq, qoruyuculuq, material keyfiyyəti və istifadəyə uyğunluq xüsusiyyətlərini ifadə edərkən, moda onun estetik, mədəni və sosial dəyərlərini müəyyənləşdirir. Bu iki anlayış arasında harmoniya yaratmaq dizaynerlər üçün əsas vəzifədir.
Araşdırmalar göstərir ki, mövsüm amili geyimin həm texniki, həm də estetik parametrlərinə birbaşa təsir göstərir. Yay mövsümündə yüngül, nəfəsalan  və açıq rəngli materiallara üstünlük verildiyi halda, qışda üstünlük qorunması və davamlılıq ön plana çıxır. Bununla yanaşı, moda tendensiyaları geyimdə forma, rəng palitrası, detal və siluetlərin dəyişməsinə səbəb olur.

 

 

Endirin

Yayımlanıb

22.12.2025