SÜNI İNTELLEKTIN MODA VƏ TEKSTIL DIZAYNINDA İMKANLARI: YARADICI PROSESDƏ YENI YANAŞMALAR

Müəlliflər

  • Əliyev Şakir Rüstəm oğlu Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Sədaqət İsmayılova Azərbaycan Texnologiya Universiteti Müəllif

DOI

https://doi.org/10.30546/200309.2025.001.327.

Açar sözlər

Süni intellekt, moda, dizayn, tekstil innovasiyalari, dayaniqliliq.

Xülasə

Bu məqalədə süni intellektin (Sİ) moda və tekstil dizaynı prosesinə təsiri araşdırılır. Sİ-nin yaradıcı iş axınlarına inteqrasiyası sənayedə innovasiyaların, fərdiləşdirmənin və dayanıqlılığın yeni səviyyələrinə imkan yaradır. Tətbiq olunan texnologiyalar arasında bazar tendensiyalarının analizi, vizual konseptlərin generasiyası, virtual prototipləmə və naxışların avtomatlaşdırılmış şəkildə yaradılması daxildir.

Məqalədə xüsusilə qeyd olunur ki, Sİ tullantıların azaldılması, istehsalın optimallaşdırılması və istehlakçıların fərdi ehtiyaclarına uyğunlaşma kimi əsas sahələrdə mövcud problemlərin həllinə töhfə verir. Bununla yanaşı, müəllif hüquqları və alqoritmik qərarların şəffaflığı kimi etik məsələlər insan nəzarətinin vacibliyini gündəmə gətirir.

Nəticə olaraq vurğulanır ki, Sİ insan dizaynerlərini əvəz etməyəcək, əksinə, onların yaradıcılıq imkanlarını genişləndirən əməkdaşlıq aləti kimi çıxış edəcək və moda sahəsində yeni perspektivlər açacaqdır.

Endirin

Yayımlanıb

01.07.2025 — 23.07.2025 tarixində yeniləndi

Oxşar məqalələr

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.