MÜASİR GEYİM DİZAYNININ YENİ İSTİQAMƏTLƏRİNDƏ MODA, EKOLOGİYA VƏ ƏTRAF MÜHİT AMİLLƏRİNİN TƏHLİLİ

Müasir geyim dizaynında moda, ekologiya və dayanıqlılıq amillərinin qarşılıqlı təsiri

Müəlliflər

  • Şakir Əliyev Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Gülnarə Əliyeva Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Rəhim Mehdizadə Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Radə Əsgərova Azərbaycan Texnologiya Universiteti Müəllif
  • Gülşən Axundova Azərbaycan Texnologiya Universiteti Müəllif

DOI

https://doi.org/10.30546/200309.2026.002.519

Açar sözlər

moda, geyim dizaynı, ekodizayn, ekoloji materiallar, ətraf mühit, estetik, davamlı inkişaf.

Xülasə

Bu tədqiqatda müasir geyim dizaynının inkişafında moda, ekoloji düşüncə və ətraf mühit amillərinin qarşılıqlı təsiri təhlil edilmişdir. Qloballaşma və sənayeləşmənin artması nəticəsində moda sənayesinin ətraf mühitə təsiri güclənmiş, bu isə ekoloji məsuliyyət anlayışının dizayn sahəsində aktuallaşmasına səbəb olmuşdur. Müasir dizaynerlər geyim istehsalında davamlılıq, təkrar emal, təbii və ekoloji təmiz materiallardan istifadə kimi prinsiplərə üstünlük verirlər.
Ekoloji moda yalnız estetik dəyərləri deyil, həm də sosial və ekoloji məsuliyyət prinsiplərini özündə birləşdirir. Bu yanaşma geyim dizaynında innovativ texnologiyalarının tətbiqini, istehlakçı davranışlarının dəyişməsini və ekosistemin qorunmasına yönəlmiş yeni yaradıcı istiqamətlərin formalaşmasını təmin edir.

Endirin

Yayımlanıb

10.06.2026

Eyni müəllif(lar)ın jurnaldakı ən çox oxunan məqalələri

1 2 > >> 

Oxşar məqalələr

11-20 : 25

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.