QARABAĞ QADIN GEYİM MƏDƏNİYYƏTİNİN TARİXİ

Authors

  • Nərminə Namazova UNEC Azərbaycan Dövlət İqtisad Universiteti Dizayn kafedrası Author

Keywords:

Qarabağ, geyim, mədəniyyət, irs, milli, forma

Abstract

Qarabağ geyimləri hər zaman öz zərifliyi ilə seçilmişdir. Tarix boyu Azərbaycanın hər bir bölgəsinin özünəməxsus geyim forması, biçim tərzi olmuşdur. Bütün bölgələrin geyimləri bir-birindən müəyyən cəhətlərinə görə fərqlənir. Qarabağ geyimlərinə dair xüsusiyyətlər bu mövzuda araşdırma aparan tədqiqatçıların marağına səbəb olmuşdur. Odur ki, Qarabağ geyimləri haqqında mütəxəssislər hər zaman yüksək fikirlər irəli sürmüşdür. Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağımızda xalqımızın yaratmış olduğu zəngin və ecazkar geyim mədəniyyəti, eləcə də, Qarabağ xanları dövrünə aid mərasim, toy və şənlik geyimləri  özünəməxsusluğu, zərifliyi və zəngin tərtibatı ilə diqqət çəkmişdir. Qarabağın mədəni irsində milli geyimlərin xüsusi yeri vardır. Geyim xalqın məxsus olduğu mədəniyyət ilə sıx bağlıdır. Milli libaslarda xalqa aid olan adətlər, ənənələr, xalqın yaradıcılığı, təxəyyül məhsulu və eləcə də milli təfəkkürü öz əksini tapır. Milli geyimlərimiz qiymətli xəzinəmiz və mədəni sərvətimizdir.

Published

2025-07-01 — Updated on 2025-12-18

How to Cite

QARABAĞ QADIN GEYİM MƏDƏNİYYƏTİNİN TARİXİ. (2025). UNEC Journal of Current Problems in Design, 1(1), 51-58. https://journals.unec.edu.az/ujcpd/article/view/58

Similar Articles

1-10 of 12

You may also start an advanced similarity search for this article.