İNTELLEKTUAL MÜLKİYYƏTİN ÖLKƏNİN ELMİ MƏHSULDARLIĞINA TƏSİRİNİN EKONOMETRİK QİYMƏTLƏNDİRİLMƏSİ: AZƏRBAYCAN NÜMUNƏSİirinin ekonometrik qiymətləndirilməsi: azərbaycan nümunəsi

Müəlliflər

Açar sözlər

intellektual mülkiyyət, idxal, ixrac, elastiklik, elm xərcləri, məqalə

Xülasə

Azərbaycanda 2002-2023-cü illər üzrə intellektual mülkiyyət (İM) idxalının dinamikası, onun ümumi idxalda payı və ölkənin elm xərclərinə nisbəti təhlil edilmişdir. Ölkə üzrə İM idxalının təxmini dəyər quruluşu təklif edilmişdir. Dünya bankı, WIPO, AR Əqli Mülkiyyət Agentliyi (AR ƏMA) və AR Dövlət Statistika Komitəsinin (AR DSK) rəsmi məlumatları əsasında İM-in elmi məhsuldarlığa təsiri Azərbaycan nümunəsində ekonometrik qiymətləndirilmişdir. İzahedici maraq dəyişəni kimi İM idxal həcmi, izahedici kontrol dəyişən qismində isə araşdırmalara və işləmələrə (R&D) çəkilən xərclər götürülüb. İzaholunan dəyişən kimi elmi məhsuldarlıq göstəricisi qismində Web of Science bazasında təbiət və texnoloji elm sahələri üzrə indeksləşmiş məqalə sayı götürülmüşdür. Ölkədə İM idxalının və həmçinin R&D xərclərinin elmi məhsuldarlığa təsiri ekonometrik qiymətləndirilmiş və müəyyən edilmişdir ki, bu təsir statistik önəmli və müsbətdir. Tapılıb ki, Azərbaycan üçün reqressiya tənliyi U şəkilli funksiya kimi təsvir olunur, yəni loqarifmik şkalada elmi məhsuldarlıq göstəricisi İM idxalının parabolik funksi-yasıdır. İM idxalının elmi məhsuldarlığa təsirini iqtisadi baxımdan qiymət-ləndirməkdən ötrü orta və nöqtəvi elastiklik əmsallarından istifadə edilmiş və bu əmsalların baxılan illər üzrə ədədi qiymətləri hesablanmışdır. Azərbaycan üçün İM idxalının kritik (minimum) qiyməti hesablanıb və göstərilib ki, bu kritik qiymətdən kiçik qiymətlərdə İM idxalı ölkə üzrə məqalə sayını artırmır və müəyyən mənada belə idxalı səmərəsiz investisiya kimi dəyərləndirmək olar. Həmçinin müəyyən edilmişdir ki, R&D xərclərinin məqalə sayına təsiri İM idxalı təsirindən təxminən 3 dəfə çoxdur. Tapılıb ki, R&D xərclərinin məqalə sayına təsiri birillik gecikmə ilə baş verir. Qurulmuş ekonometrik model ən kiçik kvadratlar üsulu ilə Eviews ekonometrik paketində icra edilmişdir. Gələcəkdə analoji araşdırmalar MDB və Xəzərətrafı region ölkələri üçün də icra edilə bilər.

Yayımlanıb

2025-06-17