Jurnal haqqında

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi 
münasibətilə UNEC Dizayn məktəbi tərəfindən nəşr edilən "Dizaynın aktual 
problemləri" jurnalının bu xüsusi buraxılışını dəyərli oxucularımıza təqdim 
etməkdən məmnunluq duyuruq. 
Bu xüsusi buraxılış ölkəmizdə yaradıcı sənayelərin inkişafına dair strateji 
istiqamətləri və qlobal dizayn trendlərini əks etdirən tədqiqatları bir araya 
gətirmək məqsədilə hazırlanmışdır. Jurnalımız həm milli dizayn irsinin 
qorunmasına, həm də rəqəmsal transformasiya və müasir texnologiyaların dizayn 
sahəsindəki tətbiqlərinə dair aktual elmi mövzulara toxunur. 
"Dizaynın aktual problemləri" jurnalı il ərzində iki dəfə azərbaycan, rus və 
inglis dillərində nəşr olunur və yalnız elmi ekspertiza prosesindən keçmiş 
məqalələri dərc edir. Burada UNEC-in dizayn və tətbiqi incəsənət sahəsində 
mütəxəssislərin, gənc tədqiqatçıların və beynəlxalq akademik ictimaiyyətin elmi 
işlərinə geniş yer verilir. 
Jurnalın əsas auditoriyası - ali təhsil müəssisələrinin müəllim və 
tədqiqatçıları, magistr və doktorant tələbələr, eləcə də yaradıcılıq, dizayn, vizual 
kommunikasiya və mədəni irs sahələrində çalışan mütəxəssislərdir. 
UNEC-in 95 illik təcrübəsinə və elmi potensialına əsaslanaraq, biz bu 
jurnalı təkcə akademik platforma kimi deyil, həm də dizayn sahəsində 
multidissiplinar əməkdaşlıqları təşviq edən, milli kimliyi müasir yanaşmalarla 
birləşdirən bir forum kimi görürük. Gələcəkdə jurnalı beynəlxalq bazalarda 
indeksləşdirməyi, tematik buraxılışlar və konfranslarla dizayn sahəsində aktual 
Dizaynın aktual problemləri 1(1) 2025 
problemləri müzakirə etməyi və gənc tədqiqatçıların dəstəyini artırmağı 
planlaşdırırıq. 
Bu jurnalın ərsəyə gəlməsində əməyi keçən bütün müəlliflərə, rəyçilərə və 
redaksiya heyətinə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, jurnalımız 
dizayn sahəsində elmi axtarışlar üçün ilham mənbəyi olacaq, yeni əməkdaşlıqlara 
zəmin yaradacaq və UNEC-in yaradıcı elm mühitinə layiqli töhfələr verəcəkdir. 

Yeni nömrə

Cild. 1 Nömrə. 1 (2025): UNEC Journal of Current Problems in Design
Bütün nömrələri göstərin