YAŞIL İQTİSADİYYATIN FORMALAŞMASI ŞƏRAİTİNDƏ SAHİBKARLIĞIN İNKİŞAFI PROBLEMLƏRİ
DOI
https://doi.org/10.30546/UNECSR.2025.04.2001Açar sözlər
yaşıl iqtisadiyyat, yaşıl sahibkarlıq, innovativ inkişaf, yaşıl transformasiya, KOB (Kiçik və orta biznes).Xülasə
Tədqiqat yaşıl iqtisadiyyatın formalaşması şəraitində sahibkarlığın inkişaf problem-lərinin elmi-nəzəri və praktiki təhlilinə həsr edilmişdir. Məqalədə tədqiqatın məqsədi Azərbaycanda sahibkarlığın yaşıl transformasiya tendensiyalarını, mövcud problem-ləri və institusional mexanizmləri araşdırmaqdır. İşin əhəmiyyəti qlobal ekoloji çağırışlar və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” kontekstində həmin sahədəki institusional, maliyyə və innovasiya məhdudiy-yətlərinin müəyyən edilməsi zərurətindən irəli gəlir.
Araşdırmada müqayisəli, analitik, sistemli və statistik təhlil metodlarından istifadə edilərək, yerli (DSK, KOBİA) və beynəlxalq (UNEP, OECD, Dünya Bankı) mənbələrin 2015–2024-cü illər üzrə məlumatları təhlil olunmuşdur. Tədqiqat yaşıl sahibkarlığın mahiyyəti, KOB-ların bu prosesdəki rolu (2024-cü ildə 17,8% pay) və innovasiyaların (“Ağıllı şəhər”) səmərəliliyi kimi suallara cavab verir.
Elmi yenilik kimi, Azərbaycanda yaşıl sahibkarlığın inkişaf problemlərinin (maliyyə, institusional, innovasiya) ilk dəfə kompleks şəkildə tədqiq edilib, təsir amillərinin sistemləşdirilmiş analitik modelinin formalaşdırılıb. Tətbiq dairəsi ondan ibarətdir ki, tədqiqat nəticəsində dövlət siyasətinin təkmilləşdirilməsi və yaşıl biznes mühitinin stimullaşdırılması üçün praktiki təkliflər paketi işlənmişdir. Nəticələr iqtisadi siyasətin formalaşdırılmasında və KOB-ların layihələrində istifadə oluna bilər.
