Məqalənin qəbulu və tərtibat qaydaları

2025-06-18
  1. Məqalələr Azərbaycan, İngilis və Rus dillərində qəbul olunur.
  2. Mətn redaktorunun parametrləri: A4 formatı; sətir aralığı - 1,15; şrift - Times New Roman; əsas şriftin ölçüsü -12; enə görə tənləşdirmə; kənarları: solda 33 mm, sağda 35 mm, yuxarıdan 22 mm və aşağıdan 625 mm;
  3. Məqalənin tərtibatı: 1. Məqalənin tam adı; 2. Məqalə müəllifinin A.A.Soyadı (müəlliflər vergüllə ayrılır); 3. Elmi ad, elmi dərəcə, vəzifə; 4. İş yeri: kafedra, fakültə, universitetin adı; 5. Elektron poçt; 6. Müvafiq müəllifin mobil nömrəsi.
  4. Məqalənin həcmi 10 səhifədən az və 20 səhifədən çox olmamalıdır, bunlar: Annotasiya, Açar sözlər (bir-birindən nöqtəli vergul ilə ayrılmış, 5-dən çox olmayan sözlər), JEL-kodlar, Giriş, əsas hissə (Ədəbiyyat Xülasəsi, Materiallar və metodlar, Hesablamalar), Müzakirə, Nəticə, Ədəbiyyat siyahısıdır.
  5. Xülasə Azərbaycan, İngilis və Rus dillərində yazılmalıdır. Optimal həcmi 150 sözdür (200 sözdən çox olmamaq şərtilə). Xülasədə tədqiqatın məqsədi, metodologiyası, nəticələri, praktiki aktuallığı və elmi yeniliyi barədə məlumatlar olmalıdır. Onun məzmunu məqalənin məzmununa uyğun olmalı, kifayət qədər əhəmiyyətli, başa düşülən və, ən əsası, maraqlı olmalıdır. Müəlliflər tərcümələrin düzgünlüyünə cavabdehdirlər. Redaksiya tərcümə keyfiyyətinə nəzarət etmək və zəruri hallarda dil və üslub düzəlişləri aparmaq hüququnu özündə saxlayır.
  6. Bütün vizual obyektlər formatlaşdırıla bilən bir formatda olmalıdır (tərcümə üçün tələb olunur, * .jpeg, * .gif, * .png, * .bmp formatlarında qəbul edilmir). Bütün vizual sənədlər nömrələnməlidir (Şəkil 1, Şəkil 2 və s.) .Hər hansı təsvirlər (qrafiklər, diaqramlar daxil olmaqla) həm rəngli, həm də ağ-qarada eyni dərəcədə məlumatlar görünməlidir.
  7. Cədvəllər məqalənin özündə yerləşdirilir. Cədvəlin üstündə nömrəsini və adını verməlisiniz (məsələn: Cədvəl 3. Cədvəlin adı).
  8. Nəticədə işin praktiki əhəmiyyəti, iqtisadi səmərəliliyi, gələcək tədqiqatların perspektivləri və s. məqalənin elmi sahəsinin xüsusiyyətinə uyğun olaraq, dəqiq qeyd edilməlidir.
  9. Elmi mənbələrə istinadlar mötərizədə müəllifin soyadı, yayımlandığı il və xüsusi səhifə haqqında məlumatla (lazım olduqda) göstərilir: Lütfi-Zadənin (Lotfi-Zadeh, 2016) qeyd etdiyi kimi ..., əgər iki müəllif varsa, hər iki soyad; ikidən çox olduqda, ilk müəllifin soyadı və b. göstərilir (xarici mənbələr üçün "et al.");
  10. Ədəbiyyat siyahısı əlifba sırası ilə verilir (APA stili). Siyahıda ən azı 10 mənbə göstərilməlidir. Ədəbiyyat siyahısında son 3–5 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər aktual elmi nəşrlərə üstünlük verilməlidir. Scopus və Web of Science verilənlər bazalarında indeksləşdirilmiş məqalələrin istifadəsi tövsiyə olunur. Ədəbiyyat siyahısı ingilis dilində təqdim edilməli və ya latın qrafikalı transliterasiya ilə verilməlidir. Kiril və ya digər əlifbalarda olan mənbələr transliterasiya olunmalıdır. Hər bir mənbə üzrə aşağıdakı ardıcıllıq gözlənilməlidir: müəllifin soyadı və adı, nəşr ili, məqalənin adı, jurnalın adı, cild (volume) / nömrə (issue), səhifələr, DOI linki (https://doi.org/...). Elektron məlumat mənbələri üçün istinad linki və müraciət (giriş) tarixi göstərilməlidir. Normativ-hüquqi və tənzimləyici sənədlər isə siyahıda əvvəlcə qeyd olunur. 11. Məqalələr orijinal olmalıdır və əvvəllər digər milli və ya beynəlxalq jurnallara təqdim edilməməlidir.
  11. Məqalələr ikili gizli rəy prosesindən və Antiplagiat sistemində yoxlanışından keçirilir, sonra Baş redaktor, redaktor müavini və sonda redaksiya heyətinin üzvləri tərəfindən məəqalənin dərc olumasına dair qərar qəbul olunur.
  12. Əgər məqaləniz jurnalın yuxarıdakı tələblərinə cavab verirsə, məqalənizi elmixeberler2018@gmail.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
  13. Əgər məqaləniz jurnalın yuxarıdakı tələblərinə cavab verirsə, məqalənizi elmixeberler2018@gmail.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

ŞABLON