QLOBAL QİDA TULLANTILARI VƏ ONLARIN SƏMƏRƏLİ İDARƏEDİLMƏSİNİN SOSİAL-İQTİSADİ ƏHƏMİYYƏTİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2025.04.3041

Açar sözlər

qida tullantıları, idarəetmə, utilizasiya, ətraf mühit, iqtisadi səmərə.

Xülasə

Məqalədə tullantı və itkilər, xüsusilə qida tullantıları və itkilərin mahiyyəti, həcmi, zərərsizləşdirilməsi, utilizasiyası və istifadə imkanları beynəlxalq təcrübə öyrənilməklə elmi-metodoloji aspektdən tədqiq edilmişdir. Qlobal şəraitdə qida tullantı-larının yaranması və insanların xeyli hissəsinin hələ də aclıq və sağlamlıq baxımından normal qidalanmamasının qarşılıqlı əlaqəsi ilə bağlı mühüm problemlər ön plana çəkilərək tullantı və itkilərin idarə olunmasının araşdırılmasının zəruriliyi elmi cəhətdən əsaslandırılmışdır.
Tədqiqat prosesində qida tullantılarının təsnifatı, yaranma sahələri və səbəbləri, ekoloji və texnoloji norma və standartların tələblərinə bəzən əməl edilməməsinin nəticələri reallıq nəzərə alınmaqla öyrənilmişdir.
Dünya və Azərbaycan miqyasında qida tullantıları və itkilərin həcmi, onların səmərəli idarə edilməsi – utilizasiyası mexanizmləri təhlil edilərək müasir rəqəmsal texnologiyaların geniş tətbiqi imkanları göstərilmişdir.
Qida tullantılarının azaldılması məqsədilə tədarük və qida zənciri obyektlərində yaranan–məhsulların saxlanması, qidalanma mədəniyyəti, qablaşdırma, nəqliyyat-loqistika, utilizasiya və digər proseslərin səmərələşdirilməsi, onlardan yaşıl enerji, bitkiçilikdə gübrə və heyvandarlıqda yem əlavələri, yardımçı sahələrdə xammal kimi istifadənin sosial-iqtisadi əhəmiyyəti öz əksini tapmışdır.
Bununla yanaşı, məqalədə həmçinin qida tullantılarının idarə edilməsində innovativ texnologiyaların tətbiqi və qabaqcıl beynəlxalq təcrübədən istifadə əsasında dünyada və ölkəmizdə əhalinin qida məhsulları ilə təminatının yaxşılaşdırılması, ən başlıcası isə qida təhlükəsizliyinin və ətraf mühitin qorunmasına sərf edilən xərclərin minimuma endirilməsi və nəhayət, onların sosial-iqtisadi və ekoloji əhəmiyyəti elmi cəhətdən əsaslandırılaraq müvafiq təkliflər verilmişdir.

Yayımlanıb

2026-01-23

Oxşar məqalələr

1-10 : 22

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.