AZƏRBAYCAN ŞİRKƏTLƏRİNDƏ KORPORATİV İDARƏETMƏNİN MODERNLƏŞDİRİLMƏSİ VƏ TƏTBİQ PROBLEMLƏRİNİN TƏHLİLİ

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2025.04.3046

Açar sözlər

korporativ idarəetmə, idarəetmə islahatları, Azərbaycan şirkətləri, investisiya cəlbedciliyi.

Xülasə

Bu tədqiqat Azərbaycanda korporativ idarəetmə prinsiplərinə keçid imkanlarının mövcud vəziyyətini qiymətləndirmək və bu sahədə sistemli və funksional transformasiyanı stimullaşdırmaq məqsədi daşıyır. Tədqiqatda həm dövlətə məxsus müəssisələr (DMO), həm də özəl və ailə xarakterli şirkətlər üzrə hüquqi və institusional çərçivələr təhlil edilmişdir. Metodologiya olaraq normativ aktların və sahə hesabatlarının məzmun təhlili, ESG hesabatlarının müqayisəli analizi, OECD və EBRD-nin diaqnostik sənədləri əsasında sektorial fərqlərin müəyyənləşdirilməsi yanaşmaları istifadə olunmuşdur. Araşdırmanın nəticələrinə görə, hüquqi baza (Mülki Məcəllə, BFB qaydaları, Nazirlər Kabinetinin qərarları və s.) mövcud olsa da, şirkət daxilində tətbiq səviyyəsi qeyri-bərabərdir. Şuralarda müstəqil üzvlərin real səlahiyyətlərlə təmin edilməməsi, ESG hesabatlarının səthi qalması və risk çərçivələrinin formal xarakter daşıması əsas problemlər kimi qeyd edilir. Tədqiqatın elmi yeniliyi ondan ibarətdir ki, “keçid modeli” adlı yol xəritəsi hazırlanmış və bu modelə uyğun olaraq, mərhələli strukturlaşdırılmış idarəetmə çərçivəsi təklif olunmuşdur. Praktiki aktuallıq isə odur ki, bu model vasitəsilə şirkətlər daxili siyasətlərini gücləndirib, beynəlxalq investorların gözləntilərinə uyğunlaşa bilərlər.

Yayımlanıb

2026-01-23

Oxşar məqalələr

1-10 : 20

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.