TRANSXƏZƏR VƏ ŞİMAL–CƏNUB DƏHLİZ ÖLKƏLƏRİNİN İNTEQRATİV BAĞLILIQ İSTİQAMƏTLƏRİNİN KONTENT TƏHLİLİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.02.01.101Açar sözlər
AZCON Holding, Bakı Beynəlxalq Dəniz Limanı, Transregional logistika infrastrukturları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi.Xülasə
Məqalədə beynəlxalq nəqliyyat dəhlizlərinin inteqrasiya potensialı qiymətləndirilir, transregional əməkdaşlığın inkişafının maneələri müəyyən edilir və onların aradan qaldırılması üçün tövsiyələr irəli sürülür. Həmçinin nəqliyyat-logistika infrastruk-turlarının rəqabət qabiliyyətlinə təsir edən qeyri-müəyyənlik situasiyaları nəzərdən keçirilir. Regional iqtisadi əməkdaşlıq proseslərinin inkişafı, regional marşrutların əlaqələndirilməsi, beynəlxalq nəqliyyat-logistika şəbəkəsinə inteqrasiya və ölkənin regional ticarətdə mövqeyinin gücləndirilməsi istiqamətində konseptual təkliflərin hazırlanması tədqiqatın əsas məqsədlərini təşkil edir.
Kontent təhlil ənənəvi və konseptual aspektləri əhatə edir. Aİ və Çin kimi əsas iqtisadi mərkəzləri birləşdirən nəqliyyat dəhlizlərinin inteqrativ bağlılığın güclən-dirilməsi istiqamətlərinin müəyyən edilməsi tədqiqatın əsas töhfəsini təşkil edir. Qlobal geosiyasi qeyri-müəyyənliklər fonunda Xəzər və Mərkəzi Asiya regionunda logistika infrastrukturlarının koordinasiyası və davamlı regional əməkdaşlıq münasibətləri sistemli yamaşmada tədqiq edilmişdir. Şimal-Cənub və Transxəzər nəqliyyat marşrutlarının inteqrativ bağlılıq aspektləri, region ölkələrinin birgə ticarət və intermodal nəqliyyat əməkdaşlığı proseslərinin inkişaf istiqamətləri, xüsusən də infrastruktur sistemlərlə bağlı çətinliklərin aradan qaldırılması yolları və dəhlizləri əlaqələndirən funksional elementlər müəyyən edilmişdir.
Azərbaycanın transregional logistika sisteminə inteqrasiyası, bu siyasətin perspek-tivləri üçün nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, Bakı və Aktau limanlarının transregional dəhlizləri əlaqələndirən əsas elementlər kimi rolunun gücləndirilməsi, regional inteqrasiya potensialının reallaşdırılması istiqamətləri üzrə konseptual həll və təkliflər irəli sürülmüşdür.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Mushfig Guliyev, Pikakhanum Khudiyeva, Susan Farzaliyeva, Murad Akhundov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
