AQRAR DƏYƏR ZƏNCİRLƏRİNDƏ ENERJİ SƏMƏRƏLİLİYİ: İNNOVASİYA EHTİYACLARININ PRİORİTETLƏŞDİRİLMƏSİ VƏ ƏKS LOQİSTİK ƏLAQƏLƏR

Müəlliflər

DOI

https://doi.org/10.30546/UNECSR.2026.02.01.110

Açar sözlər

enerji səmərəliliyi, dəyər zəncirləri, innovasiya ehtiyacları, prioritetlər, əks loqistik əlaqələr, aqrar sahə.

Xülasə

Aqrar sahə məhsullarının dəyər zəncirlərində enerji səmərəliliyinin yüksəldilməsi dayanıqlı inkişafda həlledici rola malikdir. Enerji səmərəliliyinin yüksəldilməsində innovasiya ehtiyaclarının aşkar olunması və prioritetləşdirilməsi, həmin prioritet-lərin, o cümlədən əks loqistik əlaqələrdə reallaşdırılması obyektiv zərurətə çevrilmişdir. Təqdim olunan məqalə həmin problemlərin tədqiqinə həsr olunmuşdur. Tədqiqatın məqsədi aqrar sahə məhsullarının dəyər zəncirlərində əks loqistik əlaqələrin imkanları nəzərə alınmaqla enerji səmərəliliyinin yüksəldilməsinin innovasiya ehtiyaclarının prioritetləşdirilməsidir. Tədqiqatın metodoloji əsasını elmi abstraksiya, müqayisəli təhlil və sintez, məntiqi ümumiləşdirmə üsulları təşkil etmişdir. Empirik qiymətləndirmə üçün verilənlər mövcud olduqda MoSCoW, Kvakita Dziro, WSJF və Eyzenhauer qutusu metodlarına üstünlük verilə bilər.
Tövsiyə olunan yanaşma aqrar dəyər zəncirlərinin enerji səmərəliliyinin yüksəldil-məsi tədbirlərinin elmi təminatının gücləndirilməsində istifadə oluna bilər. Əldə olunmuş nəticələrin aqrar dəyər zəncirlərində enerji səmərəliliyinin yüksəldilməsinə, innovasiya ehtiyaclarının prioritetləşdirilməsi və əks loqistik əlaqələr sayəsində reallaşdırılmasına xidmət edəcəyini söyləmək olar. Əks loqistik əlaqələrin imkan-larına dair ümumiləşdirilən müddəa və təkliflər aqrar sahə məhsullarının dəyər zəncirlərində enerji səmərəliliyinin yüksəldilməsində innovasiya ehtiyaclarının ödənilməsinə töhfə verəcəkdir.

Yayımlanıb

2026-05-04

Oxşar məqalələr

1-10 : 24

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.