REGİONAL DAYANIQLI SOSİAL-İQTİSADİ İNKİŞAFIN TƏHLİLİNİN VERİLƏNLƏR BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİNİN NƏZƏRİ ASPEKTLƏRİ
DOI
https://doi.org/10.30546/UNECSR.2026.03.501Açar sözlər
verilənlər bazası, dayanıqlıq, göstəricilər, Azərbaycan, sosial-iqtisadi inkişaf, təhlil.Xülasə
Tədqiqatın əsas məqsədi regionların dayanıqlı sosial-iqtisadi inkişafının təhlilinin verilənlər bazasının təkmilləşdirilməsi istiqamətlərinin elmi-nəzəri əsaslandırıl-masıdır. Regional inkişafın hərtərəfli iqtisadi, sosial və ekoloji qiymətləndirilməsi üçün verilənlər bazasının təkmilləşdirilməsi və rəqəmsal transformasiyaların başlıca tələblərinin nəzərə alınmaqla zənginləşdirilməsi zəruriliyi əsaslandırıl-mışdır. Tədqiqat metodları kimi müşahidə, müqayisəli təhlil, sistemli yanaşma, deduksiya və induksiya, elmi abstraksiya, məntiqi ümumiləşdirmə üsulları və regional inkişafın verilənlər bazasının vəziyyətini səciyyələndirən yanaşmalar tətbiq edilmişdir. Tədqiqatın elmi yeniliyi - ölkədaxili regionların dayanıqlı sosial-iqtisadi inkişafının təhlili məqsədilə istifadə edilən göstəricilərin təsnifatının verilməsi, Azərbaycan regionlarının dayanıqlı sosial-iqtisadi inkişafını ətraflı xarakterizə etmək üçün əlavə göstəricilərin müəyyən edilməsi və onların verilənlər bazasına əlavə edilməsi zəruriliyinin əsaslandırılmasıdır. Tədqiqatın praktiki əhəmiyyəti verilənlər bazasına əlavə ediləcək göstəricilərin regionların dayanıqlı sosial-iqtisadi inkişafının təhlili və idarə edilməsi qərarlarının işlənib hazırlanması üçün istifadə imkanlarında ifadə olunur. Əldə edilmiş nəticələr regionların dayanıqlı sosial-iqtisadi inkişafının təhlilinin verilənlər bazasının möhkəmlən-dirilməsinə xidmət edəcəkdir. Regional inkişafın iqtisadi, sosial və ekoloji təhlilinə dair xülasə edilən elmi-nəzəri müddəalar hərtərəfli təhlilə imkan verən verilənlər bazasının formalaşdırılmasına yardımçı olacaqdır.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Gulnara Huseynova, Khatira Huseynova (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
