BİTKOİNİN ƏNƏNƏVİ PORTFELLƏRƏ DİNAMİK İNTEQRASİYASI: RİSK MƏHDUDİYYƏTLƏRİ ALTINDA WALK-FORWARD OPTİMALLAŞDIRMA YANAŞMASI
DOI
https://doi.org/10.30546/UNECSR.2026.03.519Açar sözlər
portfelin optimallaşdırılması, bitkoin, Markowitz, CvaR, risk məhdudiyyətləri.Xülasə
Bu tədqiqatda həddindən artıq volatillik və asimmetrik gəlirlilik paylanması nümayiş etdirən bitkoinin ənənəvi investisiya portfellərinə inteqrasiyası dinamik perspektiv-dən araşdırılır. 2016–2026-cı illəri əhatə edən gündəlik verilənlər əsasında qurulmuş ənənəvi etalon (benchmark) portfel üzərində walk-forward alqoritmi ilə seçmədən-kənar (out-of-sample) testlər aparılmışdır. Kriptovalyutaların qalınquyruqlu (fat-tailed) strukturunu modelləşdirmək məqsədilə ənənəvi orta–dispersiya (Markowitz) modeli ilə şərti riskə məruz dəyər (CVaR) optimallaşdırması müqayisəli şəkildə təhlil edilmiş, makroiqtisadi rejim dəyişikliklərini əks etdirmək üçün isə modelə dinamik risksiz faiz dərəcəsi (T-Bill) daxil edilmişdir. Empirik nəticələr göstərir ki, məhdudiyyətsiz optimallaşdırma modelləri Şarp əmsalını artırsa da, portfeli “künc həllərinə” (corner solutions) yönəldərək 37%-i aşan qəbuledilməz maksimum düşüş (drawdown) riski yaradır. Bitkoin çəkisinin rasional risk idarəetməsi prinsiplərinə uyğun olaraq 5% və 10% ilə məhdudlaşdırıldığı ssenarilərdə isə hər iki model oxşar performans göstərərək maksimum düşüş riskini etalon səviyyəyə yaxın saxlamış və Şarp əmsalını nəzərəçarpacaq dərəcədə yüksəltmişdir. Bu, portfel dayanıqlılığını təmin edən əsas amilin seçilmiş riyazi model deyil, intizamlı məhdudiyyət mexa-nizmlərinin özü olduğunu ortaya qoyur. Nəticələr dinamik şəkildə məhdudlaş-dırılmış aşağı paylı kriptoaktiv bölgüsünün portfelin risk izolyasiyasını əhəmiyyətli dərəcədə zədələmədən asimmetrik gəlirlilik potensialından təhlükəsiz faydalanmaq istəyən investorlar üçün optimal çərçivə təqdim etdiyini göstərir.
Endirin
Yayımlanıb
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Sanan Jumshudlu, Bayramali Gurbanov (Author)

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.
